/ / Avropa Parlamentində müzakirələr: Heç kəs Azərbaycanda bayram əhval-ruhiyyəsini korlaya bilməyəcək!
Avropa Parlamentində müzakirələr: Heç kəs Azərbaycanda bayram əhval-ruhiyyəsini korlaya bilməyəcək!
12.06.2015 [09:30]
Çərşənbə günü axşam Avropa Parlamentində “Bakıda Avropa Oyunları kontekstində idman və insan hüquqları” mövzusunda dinləmələr keçirilib. Bu tədbir Köhnə Dünyanın gənc Azərbaycan dövlətinə münasibəti məsələsində Avropa İttifaqının bu orqanının üzvləri arasında ziddiyyət və fikir ayrılığı olmasını növbəti dəfə nümayiş etdirib.
Dinləmələrdə səslənən konstruktiv çıxışlarda son iyirmi ildə Azərbaycanda baş verən müsbət proseslərə realist və obyektiv qiymət verilib. Bununla bərabər, Azərbaycan xalqına təkəbbürlü münasibət nümayiş etdirən qərəzli, açıq-aydın sifarişli çıxışlar da səslənib. Ölkəmizin bədxahları özlərinin uydurduqları saxta “Azərbaycanda insan haqları” kartından istifadə edərək (guya Aİ ölkələrinin özündə bu sahədə “hər şey qaydasındadır”) Avropa parlamentarilərinin arxasında gizlənən və onların qulağına bir-birinə oxşayan standart çıxışlar pıçıldayan qüvvələr Azərbaycan xalqını alçaltmaq (nə yaxşı ki, bu niyyətləri ürəklərində qalır!), xalqın öz sərbəst seçimi nəticəsində yaradılmış ümumxalq hökumətini təhqir etmək, başqalarının sədəqələri hesabına deyil, Azərbaycan xalqının öz halal vəsaiti ilə ölkədə həyata keçirilən möhtəşəm tədbirlərin əhəmiyyətini azaltmaq üçün əllərindən gələni edir, gənc, müstəqil dövlətimizdə qazanılmış bütün uğurlar inkar edilir.
Hətta Oyunların açılış mərasimini boykot etmək barədə çağırışlar da səslənib, başabəla “insan haqları uğrunda mübarizlər” isə Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Bakıya nəzərdə tutulan səfərini ümumiyyətlə “qalmaqal” adlandırıblar.
Xoşbəxtlikdən, Avropa Parlamentinin bütün deputatları anti-Azərbaycan psixozuna yoluxmayıblar. Dinləmələrin sağlam düşüncəli iştirakçılarının bu qədər açıq-aydın insunasiyalara uymadıqlarını ayrıca qeyd etmək və buna görə onlara təşəkkür etmək lazımdır. Məsələn, Ceyms Karver əmin olduğunu bildirib ki, Avropa Oyunları Azərbaycanı Avropaya yaxınlaşdıracaq, ona görə də bu prosesə mane olmaq lazım deyil. Zanda Kalnina-Lukaşevits bu və ya digər ölkənin təcrid olunması taktikasını tənqid edib. Kozma Zlotovski xatırladıb ki, idman insanları ayıran yox, onları birləşdirən qüvvədir. Bir sıra başqa deputatlar da bu ruhda çıxış ediblər. Bəziləri isə özünütənqid mövqeyi tutaraq göstəriblər ki, Avropa özü mükəmməllikdən uzaq olduğu halda başqalarına moizə oxuya bilməz, bu cür məsələlərlə AŞPA məşğuldur və onun işini təkrarlamağa dəyməz.
Çıxış edənlər birinci Avropa Oyunlarının açılışı ərəfəsində təbliğatdan istifadə etməməyə çağırıblar.
Gördüyümüz kimi, Avropa Parlamentindən uzaqda yerləşən, lakin diqqəti cəlb etmədən bütün bu komediyaya dirijorluq etməyə çalışan anti-Azərbaycan qüvvələr bu təşkilatda öz muzdlu nökərləri vasitəsilə Azərbaycanın bayram əhval-ruhiyyəsini korlaya bilməyiblər. Bədxahlarımızın bütün səmərəsiz cəhdlərinə baxmayaraq, bu bayram hökmən baş tutacaq. Avropa Komissiyası bu dinləmələrdə iştirak etməyib, sadəcə onlara məhəl qoymayıb. Bu müsbət fakt ona işarədir ki, əyinlərinə əvvəlcədən sifariş edilmiş futbol köynəkləri geyindirilmiş Aİ deputatlarını tək buraxmaq və onların mənasız hücumlarından uzaq olmaq qərara alınıb. Onlara bu da azdır!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

