Azərbaycan birinci Avropa Oyunları ilə ən yüksək Olimpiya standartları nümayiş etdirir
21.06.2015 [13:55]
“Qara piar” kampaniyası aparan anti-azərbaycançı dairələr isə möhtəşəm açılış mərasimindən sonra nə ölkəmizə, nə də birinci Avropa Oyunlarına qarşı heç bir əsaslı arqument tapa bilmirlər
Bu bir həqiqətdir ki, iyunun 12-də keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi ilə Azərbaycan “qoca qitə”nin idman tarixində yeni bir səhifə açdı. Sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirən açılış mərasimi öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Bir sözlə, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə dünyaya yeni Olimpiya standartları nümayiş etdirir. Şübhəsiz, gələcəkdə yeni Avropa Oyunları keçiriləcək. Ancaq Azərbaycanın bu sahədə rolu heç vaxt unudulmayacaq, bu xoş ənənənin başlanğıcının məhz bizim ölkəmizlə qoyulduğu daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Möhtəşəm açılış mərasimi bütün Avropanın diqqət mərkəzində oldu
Ölkəmizin ev sahibi olduğu birinci Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq müşahidə edilir. Məlumdur ki, ilk Avropa Oyunları təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Eyni zamanda, yarışlarda Azərbaycan da daxil olmaqla 50-dək ölkədən təxminən 6 min idmançı iştirak edir. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada yayımlanır.
Möhtəşəm açılış mərasimi ilk Avropa Oyunlarına beynəlxalq marağın çox yüksək olduğunu bir daha təsdiqlədi. Çoxlu sayda ölkənin dövlət və hökumət başçısının, dünyada böyük nüfuza malik tanınmış simaların, beynəlxalq idman ictimaiyyətinin təmsilçilərinin açılış mərasiminə şəxsən təşrif gətirmələri Oyunlara dünya miqyasında olan yüksək marağın ifadəsidir.
Birinci Avropa Oyunları xarici medianın da diqqət mərkəzindədir
Yeri gəlmişkən, açılış mərasimini və yarışları izləmək məqsədilə paytaxtımıza gələn turistlər, milli komandaların təmsilçiləri Bakının gözəlliyinə heyranlıqlarını bildirməklə yanaşı, ölkəmizin ilk Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşdığını, Azərbaycan xalqının gözəl ənənələrə sahib olduğunu da dilə gətirirlər. Eyni zamanda, xarici mətbuatda da ilk Avropa Oyunlarının açılış mərasimi və yarışların gedişi ilə bağlı çoxsaylı məqalələr dərc edilməkdədir. Belə ki, bu günlərdə birinci Avropa Oyunları haqqında materiallar xarici KİV-lərin baş xəbərlərinə çevrilib. Ayrı-ayrı ölkələrin KİV-lərində tez-tez “Bakıda möhtəşəm açılış mərasimi”, “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”, “Unudulmaz idman bayramı”, “Avropanın idman nəbzi Bakıda döyünür”, “Avropa Oyunlarını Azərbaycan reallığa çevirdi”, “Azərbaycan qitənin idman tarixini yazdı”, “Dünyanın məşhur idmançıları Bakıda görüşür” və bu kimi digər sərlövhələr altında yerləşdirilən yazılara rast gəlmək mümkündür. Xarici KİV-lərdə və sosial şəbəkələrdə aparılan müzakirələr birinci Avropa Oyunlarının bütün dünyanın diqqət mərkəzində olduğunu təsdiqləyir. Sosial şəbəkələrdə xarici auditoriya, beynəlxalq idman ictimaiyyəti Azərbaycanın ev sahibliyi etdiyi Oyunlar haqqında müsbət rəylər paylaşırlar. Təsadüfi deyil ki, “Twitter”də “Bakı-2015” haştaqı dünya trendində top onluğa düşüb. Xarici mediada dərc olunan yazılarda və sosial şəbəkələrdə aparılan müzakirələrdə açılış mərasimində Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə təmsil edildiyi isə xüsusi vurğulanır.
Məsələn, qardaş Türkiyənin “NTV Spor” kanalının rəsmi internet səhifəsində “Bakıda tarixi açılış” sərlövhəli məqalə yerləşdirilib. Rəsmi yayımçı olan kanal, həmçinin, yarışların gedişindən bəhs edən operativ informasiyalar və gündəlik icmallar təqdim edir.
“Haberler.com” portalı da “Bakıda Avropa Oyunları üçün möhtəşəm açılış mərasimi” sərlövhəsi ilə geniş yazı dərc edib. Məqalədə 68 min yerlik möhtəşəm Bakı Olimpiya Stadionunda təşkil edilən bənzərsiz açılış mərasiminin bütün dünyanı heyrətləndirdiyi diqqətə çatdırılır.
“The Washington Post” qəzetinin internet səhifəsində isə birinci Avropa Oyunları ilə bağlı 26 foto yerləşdirilib. Fotosessiya David Ramos, Kril Kusryatsev, Sergey Dolzeko, Dan Mulan, Bernd Sissen kimi məşhur fotomüxbirlərin “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimindən çəkdikləri fotoşəkillər əsasında tərtib olunub.
“Mən bu gün təsəvvürəgəlməz dərəcədə möhtəşəm bir hadisənin şahidi olmuşam”. Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Larisa Yakovleva “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Azərbaycanda birinci Avropa Oyunları. Siyasi aspekt” mövzusunda keçirilmiş “dəyirmi masa” zamanı birinci Avropa Oyunlarının açılışından bəhs edərkən deyib.
Azərbaycana qarşı başlanan “qara piar” kampaniyası baş tutmadı
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələr hələ birinci Avropa Oyunlarına hazırlıq mərhələsində ölkəmizə qarşı “qara piar” kampaniyasına start vermişdilər. Məlum olduğu kimi, ABŞ-dakı müəyyən qüvvələr, ayrı-ayrı Avropa ölkələrindəki islamofob dairələr, xaricdəki erməni lobbisi tərəfindən koordinasiya olunmuş şəkildə aparılan bu “qara piar” kampaniyasında özlərini “beynəlxalq” statuslu qurum adlandıran, əslində isə milli dövlətlərə qarşı təzyiq aləti qismində çıxış edən “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” kimi təşkilatlar yer alırlar. Ölkəmizə qarşı yeni layihənin moderatoru rolunda isə ABŞ-ın “Demokratiyaya Milli Dəstək Fondu” (National Endowment for Democracy - NED) təşkilatı müəyyənləşdirilib. Birinci Avropa Oyunları ərəfəsində NED, “CEEBank watch Network”, “Anti-TAP”, “Platform”, “Sport for rights” kimi təşkilatların iştirakı ilə Vaşinqtonda, Brüsseldə və digər ünvanlarda ölkəmizə qarşı bir sıra tədbirlər düzənlənib. Azərbaycana qarşı “qara piar” kampaniyasında, həmçinin, Platform London da böyük canfəşanlıq göstərir.
Lakin yaxşı deyiblər ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Sözügedən dairələrin canfəşanlığına rəğmən, Azərbaycanda birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi və hazırda yarışlar böyük uğurla davam edir. Bununla da anti-Azərbaycan dairələrin oxları daşa dəyib. Möhtəşəm açılış mərasimindən sonra həmin dairələr nə ölkəmizə, nə də birinci Avropa Oyunlarına qarşı hansısa əsaslı arqument tapa bilmirlər. Azərbaycana qarşı “qara piar” kampaniyasında antimilli dairələrin ruporu rolunda çıxış edən “İndependent”, “Guardian” kimi nəşrlər indi öz səhifələrində heç nəyə yaramayan gülünc, primitiv iddialara yer vermək məcburiyyətində qalıblar. Müşahidələrə əsaslanıb demək mümkündür ki, möhtəşəm açılış mərasimindən sonra anti-Azərbaycan şəbəkə heç yerdə dəstək tapa bilmir, onlar olsa-olsa yalnız Emin Milli, Arzu Qeybulla, Keti Pirs, Rebekka Vinsent kimi bir neçə milli və insani hisslərdən məhrum olan başıpozuq ünsürlərə ümid bəsləyə bilərlər. Beləliklə də, əminliklə demək mümkündür ki, Azərbaycana qarşı başlanan “qara piar” kampaniyası tamam alt-üst olub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

