“Azadlıq” radiosunda maliyyə qalmaqalı
24.06.2015 [09:37]
Yoxlamalar nəticəsində bəlli olub ki, Bakı bürosunun sabiq rəhbəri Xədicə İsmayılovanın bulaşdığı çirkli pul maxinasiyalarının bir ucu da radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğluya uzanıb
Bir qayda olaraq Azərbaycan həqiqətlərinə qara eynək arxasından baxan, daşıdığı ada rəğmən ölkəmizə qarşı qərəzli sifarişlər yerinə yetirən “Azadlıq” radiosunun Azərbaycan xidməti son günlərdə qalmaqalla gündəmə gəlib. Sən demə, daim hər yerdə, hər kəsdə nöqsan axtaran, “yetənə yetən, yetməyənə də bir daş atan”, özünü isə “aydan arı, sudan duru” kimi təqdim edən “Azadlıq” radiosunun Azərbaycan xidmətində əsl hərc-mərclik hökm sürür və ciddi maliyyə pozuntuları baş verirmiş.
Radionun Azərbaycan xidmətindəki qalmaqalda da Xədicə İsmayılova izi
Verilən məlumatlarda bildirilir ki, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbərliyi “dərə xəlvət, tülkü bəy” deyib uzun illər ərzində çirkin fəaliyyətlə məşğul olub. Lakin artıq bu əməllərin üstü açılıb. Belə ki, Azərbaycan xidmətindəki özbaşınalıqlar və maliyyə pozuntuları barədə məlumatlar baş ofisədək çatıb. Qeyd etmək yerinə düşər ki, son baş verənlərdə də Azərbaycan cəmiyyətində mənfi reputasiyaya malik, radionun Bakı bürosunun sabiq rəhbəri Xədicə İsmayılova izi açıq-aydın nəzərə çarpır. Belə ki, Xədicə İsmayılovanın məlum fırıldaqlarının coğrafiyası yalnız Azərbaycanla məhdudlaşmayıb, o həmçinin özünəxas “məharətlə” radionun baş ofisinə də kələk gəlib.
Məlum olduğu kimi, hüquq-mühafizə orqanları bir qədər bundan əvvəl Xədicə İsmayılovanın bir sıra iqtisadi xarakterli cinayət əməllərinə yol verdiyinin aşkarlayıb. Ona qarşı həm də vergidənyayınma ittihamı irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma zamanı o da aydın olub ki, sonuncu yol verdiyi cinayətləri jurnalist “fəaliyyət”i ilə pərdələməyə çalışırmış. Ancaq Azərbaycan hüquqi dövlətdir və Xədicə İsmayılovanın peşə fəaliyyəti onun törətdiyi cinayətin məsuliyyətini sığortalaya bilmədi. Digər tərəfdən, Xədicə İsmayılovanın həbsi, həmçinin, radionun Azərbaycan xidmətini diqqət mərkəzinə gətirib. Belə ki, Xədicə İsmayılovanın hansı əməllərdən çıxdığını yaxşı bilən radionun Azərbaycan xidmətinin sabiq əməkdaşlarından biri burada yoxlamalar aparılması təşəbbüsü ilə çıxış edib. Sabiq əməkdaş şikayətində Bakı bürosunın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığını, ayrı-seçkilik saldığını, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə arasında bölüşdürdüyünü bildirib. Şikayət əsasında aparılan yoxlamalar nəticəsində isə məlum maliyyə qalmaqalı üzə çıxıb.
Radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu vəzifəsini niyə itirib?
Beləliklə, radionun sabiq əməkdaşının baş ofisə müraciəti əsasında baş tutan yoxlamalar Azərbaycan xidmətinin üzünü, sözün əsl mənasında, qara edib. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Yoxlamalar zamanı ortaya çıxan əsas məqam isə Xədicə İsmayılovanın da bulaşdığı maliyyə pozuntuları ilə bağlıdır. Belə ki, aparılan yoxlamalar “Azadlıq” radiosunun Azərbaycan xidmətinə kənar mənbələrdən qeyri-qanuni maliyyənin cəlb olunduğunu təsdiqləyib. Radioya kənar maliyyənin cəlb edilməsi isə Nizamnaməyə ziddir. Belə ki, “Azad Avropa” və “Azadlıq” radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi yasaqdır. Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunu bitirən amil də məhz bununla bağlıdır. Yəni, araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin kifayət qədər ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait “Azadlıq” radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.
Yeri gəlmişkən, radionun Azərbaycan xidmətindəki maliyyə pozuntularının Kənan Kazımoğlunun iradəsindən kənarda baş verdiyini düşünmək sadəlövhlük olardı. Çünki haqqında bəhs olunan maliyyə pozuntuları barədə ona dəfələrlə xəbərdarlıq edilib. Lakin Azərbaycan xidmətinin rəhbəri bu xəbərdarlıqlara məhəl qoymayıb. Radionun rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamları aradan qaldırmaq əvəzinə, özü çirkin prosesin iştirakçısına çevrilib.
Yeni cinayət faktlarının aşkarlanacağı da istisna deyil
“Azadlıq” radiosunun Azərbaycan xidmətində başlanan yoxlamalar davam edir. Verilən məlumatlarda qeyd edilir ki, aşkarlanan cinayət dosyesi hələ tamamlanmayıb. Hazırda radionun Azərbaycan xidmətinin sabiq və indiki əməkdaşları xüsusi qaydada dindirilirlər. Bu dindirilmələr nəticəsində müvafiq qurumların əməkdaşları yeni-yeni faktların izinə düşüblər, lakin hələlik məlum səbəblərdən bu haqda xəbərlər tam məxfi saxlanılır. Ekspertlər bildirirlər ki, haqqında bəhs olunan qalmaqalın çevrəsi tam aydınlaşdırıldıqdan sonra “Azadlıq” radiosunun Azərbaycan xidmətinin iç üzü bütün təfərrüatları ilə cəmiyyətə bəlli olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

