/ / Bavariyanın Auqsburq şəhərində “Auqsburqda dini etiqad azadlığı və Azərbaycan multikulturalizmi” mövzusunda kollokvium keçirilib
Bavariyanın Auqsburq şəhərində “Auqsburqda dini etiqad azadlığı və Azərbaycan multikulturalizmi” mövzusunda kollokvium keçirilib
01.07.2015 [10:20]
İyunun 29-da Bavariyanın Auqsburq şəhəri meriyasının tarixi Rokoko zalında “Auqsburqda dini etiqad azadlığı və Azərbaycan multikulturalizmi” mövzusunda iki günlük kollokvium işə başlayıb.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) və Auqsburq Universiteti tərəfindən təşkil edilib.
Bu kollokvium Auqsburq universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi üzrə unikal layihədə bir növ ilk addım olub. Auqsburq Universiteti bu fənni öz akademik kurrikulumuna daxil etmiş sayca səkkizinci ali məktəb olacaq.
Auqsburq Universitetinin professoru Klaus Volf tədbiri açaraq bu mövzunun yeni və eyni zamanda təkcə region üçün deyil, Avropa İttifaqı üçün də aktual olduğunu vurğulayıb. Sonra Auqsburq Universitetinin rektoru, professor Sabina Dörinq-Mantoyfel çıxış edib. O, konfrans iştirakçılarını, xüsusən azərbaycanlı alimləri salamlayaraq iki universitet və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, universitetin təhsil proqramına daxil olan yeni fənn stereotiplərin hansı şəraitdə yaranmasını və Azərbaycanın təcrübəsi nəzərə alınmaqla çoxmillətli dövlətlər şəraitində həmin stereotipləri aradan qaldırmağın uğurlu yollarını anlamağa kömək edəcək.
Azərbaycan Respublikasının dövlət müşaviri, akademik Kamal Abdulla Azərbaycanın multikulturalizm təcrübəsi haqqında məruzə ilə çıxış edib. Məruzəçi gənc, müstəqil lakin eyni zamanda qədim tarixə malik olan Azərbaycan dövlətinin bu sahədə qazandığı nailiyyətlər və dövlət başçısı, Prezident İlham Əliyevin bu məsələyə böyük diqqət yetirməsi barədə məlumat verərək qeyd edib ki, Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya və Belarus universitetlərində bu fənni tədris etməyə başlayıblar. Yeni semestrdən etibarən bu fənn Auqsburq universitetində və Avropanın bəzi başqa universitetlərində də tədris ediləcək.
Professor Klaus Volf tədbirin iclasları arasında fasilədə AZƏRTAC-a verdiyi müsahibədə qeyd edib ki, kollokviumun vəzifəsi Bakı Slavyan Universiteti ilə Auqsburq Universiteti, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlığın fəal mərhələsinə başlamaqdır. Professor deyib: “Bu kollokvium Auqsburqda dini dözümlülük və Azərbaycanda multikulturalizm məsələlərini müqayisəli şəkildə öyrənir. İlk dəfədir ki, bu cür maraqlı sosioloji paralel aparılır və təhlil edilir. Ona görə də kollokvium böyük maraq doğurur”.
Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ramin Mirzəyev, Auqsburq meriyasının mədəniyyət məsələləri üzrə dövlət naziri Tomas Vaytsel, Auqsburq Universitetinin professorları Alfred Vildfoyar, Henninq Rozenau, Günter Kronenbitter, Volfqanq Veber, Yorq Ernesti, Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun kafedra müdiri Sevinc Rzayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov və başqaları da məruzələrlə çıxış ediblər.
Kollokviumun ikinci günü Auqsburq Universitetinin binasında keçirilib. Tədbir iştirakçılarının çıxışları maraqlı diskussiyalara çevrilib. Bütövlükdə Almaniyanın bu şəhərinin akademik dairələri kollokviumu böyük maraqla qarşılayblar. Auqsburqda davam etdirilən layihənin də Avropanın digər yeddi universitetindəki kimi uğurlu olacağı gözlənilir.
Əlamətdar haldır ki, bu tədbir məhz Bavariyada - müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilir. Almaniyalı alimlər qeyd ediblər k, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir. Almaniyalı tərəfdaşlar etiraf ediblər ki, bu baxımdan Azərbaycanla əməkdaşlıq onlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

