Azərbaycan Avropanın idman tarixində yeni səhifə açdı
03.07.2015 [09:52]
Avropa Oyunlarına qarşı şəbəkələşmiş islamofob dairələr, anti-Azərbaycançı mərkəzlər və erməni lobbisi bu dəfə də məğlubiyyətə uğradı
Birinci Avropa Oyunlarına ev sahibliyi edən ölkəmiz “köhnə qitə”nin idman tarixində yeni bir səhifə açdı. İlk olaraq Azərbaycanda keçirilən bu mötəbər idman yarışı istər təşkilati, istər idmançıların mübarizəsi baxımından, istərsə də xalqımızın milli adət-ənənələrinin, inkişafının, ölkəmiz haqqında həqiqətlərin təbliği yönündə mühüm əhəmiyyətə malik idi. Bu mənada birinci Avropa Oyunları həm də Azərbaycanın daha yaxından tanınması, ölkəmizdəki demokratik inkişaf səviyyəsini, əldə olunan sosial-iqtisadi uğurları təqdim etmək üçün əsl fürsətə çevrildi.
Təbii ki, ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursundan narahat olan anti-Azərbaycançı mərkəzlər, islamofob dairələr və erməni lobbisi öz güclərini Avropa Oyunlarına qarşı səfərbər etmişdilər. Hələ Avropa Oyunlarına xeyli müddət qalmış ölkəmizə qarşı hər zaman qərəzli münasibətləri ilə ad çıxarmış “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” və bu kimi təşkilatlar, eləcə də, həmin dairələrin nəzarətindəki KİV-lər Azərbaycanda aparılan islahatlara qarşı qərəzli münasibətlərini açıq şəkildə ortaya qoyur, ölkəmizdə bərqərar olan söz və mətbuat azadlığı prinsipini bilərəkdən özlərinin manipulyasiya alətinə çevirməyə, bundan öz yalan iddialarını arqumentləşdirmək üçün istifadə etməyə çalışırdılar. Məqsəd aydın idi: birinci Avropa Oyunlarına qısa zaman kəsiyində hazırlaşan ölkəmizə maneələr yaratmaq, bu idman bayramına kölgə salmaq.
Əslində, həmin KİV-lərin mənsub, eləcə də, adları qeyd edilən təşkilatların bağlı olduqları ölkələrdəki vəziyyətə baxanda onların qərəzi birbaşa nəzərə çarpır. Qeyd edək ki, həmin anti-Azərbaycançı mərkəzlərin və islamofob dairələrin nəzarətində olan, onların xidmətçiliyini həyata keçirən qurumların ölkəmizə qarşı apardığı çirkin kampaniyanın əsas predmetləri olan “insan haqları”, “söz azadlığı” kimi məfhumlar məhz həmin dövlətlərdə pozulur. Bu gün irqçilik, nasizm, dini və milli ayrı-seçkilik məsələləri bir sıra özünü “demokratiya keşikçisi” adlandıran dövlətlərdə geniş yayılmaqdadır. Bunun qarşılığında plüralizmin hökm sürdüyü, söz azadlığının, insan hüquqlarının qorunduğu Azərbaycana qarşı belə ittihamlala çıxış etmək erməni lobbisinin və onların havadarlarının əsl simasını açır.
Vurğulamaq lazımdır ki, erməni lobbisinin tapşırıqlarını icra edən “beşinci kolon” nümayəndələri bu dəfə də Azərbaycanın milli maraqlarına zidd mövqe tutdular. Siyasi karyerası uğursuzluqlarla müşayiət olunan, Azərbaycan xalqının və dövlətinin maraqlarını hər an satmağa hazır olan radikal müxalifət düşərgəsi ölkəmizin uğurlarına qarşı hər zaman çirkin kampaniyalar aparır, anti-Azərbaycançı mərkəzlərin layihələrinin önündə gedirdilər. Hər addımda dövlətimizin, xalqımızın əleyhinə təbliğat aparan, xarici qüvvələrin, ermənipərəst dairələrin əmrlərinə, sifarişlərinə sözsüz əməl edən “beşinci kolon” “Bakı-2015” - ilk Avropa Oyunlarına qarşı kampaniyaya dəstək verirdi. Onların bu işi Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətinin uğurlarını gözü götürməyən, qüdrətli ölkəmizin gündən-günə böyük bir coğrafi regionda aparıcı aktora çevrilməsini həzm edə bilməyən ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirdiyi isə şübhəsiz idi. Çünki fəaliyyət proqramları, hətta etdikləri çıxışları belə üst-üstə düşən bu müttəfiqlərin bir amala xidmət etdikləri - Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çıxdıqları ilk baxışdan nəzərə çarpırdı. Aldığı xarici ianələrin, bəxşişlərin qarşılığında ölkəsinin keçirdiyi möhtəşəm idman bayramına qara yaxma kampaniyası aparan xəyanətkarların əsl siması bir daha Azərbaycan xalqına bəlli oldu.
Sevindirici haldır ki, öz qəti mövqeyi, iradəsi ilə bütün düşmənlərinə, Avropa Oyunlarına qarşı şəbəkə yaratmış qüvvələrə qalib gələn Azərbaycan dövləti yekunda bu möhtəşəm idman bayramını yüksək səviyyədə keçirməklə bir daha öz gücünü nümayiş etdirdi. Yaradılmış müasir infrastruktur, yüksək səviyyəli təhlükəsizlik tədbirləri, eləcə də, göz oxşayan idman sarayları ölkəmizə gələn turistlərə və idmançılara xoş təəssüratlar bəxş etdi. Birmənalı şəkildə qeyd etmək olar ki, birinci Avropa Oyunları gələcək beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi üçün təməl rolunu oynadı. Digər tərəfdən, bütün Avropa qitəsi Azərbaycanda hökm sürən demokratik yaşam tərzinin, insan hüquq və azadlıqlarına hörmət prinsipinin, ən əsası isə, xalq-dövlət birliyinin şahidi oldu. Azərbaycan xalqı yenə də radikal düşərgəyə etinasızlıq və etimadsızlıq nümayiş etdirməklə anti-Avropa Oyunları şəbəkəsinin arzularını puç etdi və millətimizə, dövlətimizə qarşı əks mövqe tutan bu zümrəyə layiqli yerini göstərdi. “Beşinci kolon” və onun himayədarları isə növbəti dəfə öz fiaskosu ilə baş-başa qaldı...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

