Vüqar Rəhimzadə: Bakı şəhərində möhtəşəm tədbirin şahidi olacağıq
04.07.2015 [10:28]
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən milli mətbuatımızın yaranmasının 140 illiyi ilə bağlı imzalanmış Sərəncam mediaya, mətbuat işçilərinə, bütövlükdə bu sahədə çalışan insanlara böyük diqqətin nümunəsidir”. Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu: “Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, Ulu öndərin hakimiyyətə qayıdışından sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi oldu, müstəsna xidmətlər göstərdi.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan Ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü”.
V.Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu: “Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə əyani şəkildə göstərirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir”.
Vüqar Rəhimzadə əlavə edib ki, bu gün müstəqil Azərbaycan mətbuatı çox uğurla inkişaf etdirilir: “Möhtərəm Prezidentimiz İlham Əliyev bünövrəsi Ulu öndər tərəfindən qoyulmuş mətbuata dövlət qayğısı siyasətini uğurla davam etdirir. 2005-ci ildə Əməkdar jurnalist adının bərpa olunması, qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif edilməsi və sadalanması mümkün olan yüzlərlə hadisəni göstərmək olar. Həmin hadisələr söz və mətbuat azadlığının inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycanda müstəqil mətbuat formalaşıb. Ölkənin mətbuat orqanları sərbəst fəaliyyət göstərirlər. Azərbaycanda azad söz sahəsində digər ölkələrə nümunə göstəriləcək bir model formalaşıb. Bu siyasət davamlı şəkildə daha da inkişaf etdirilir. Bu gün Azərbaycanda söz azadlığı, fikir azadlığı tam şəkildə mövcuddur”.
V.Rəhimzadə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı atılan addımlara da diqqət yetirməyin vacib olduğunu qeyd edib: “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və layihələrin maliyyələşdirilməsi də bu baxımdan çox əhəmiyyətlidir”.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi: “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Konstitusiyasına olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatın və ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi”.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Milli mətbuatımızın yaranmasının 138-ci ildönümündə jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında növbəti Sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir”.
Vüqar Rəhimzadə bildirib ki, bu il də milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan Sərəncam Azərbaycan mətbuatı tarixinin tədqiqinə, müasir mətbuatımızın inkişafına dövlətin lazımi dəstək göstərdiyini bir daha ortaya qoyur: “Artıq bu Sərəncamdan sonra milli mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən Tədbirlər Planı təsdiq olunub. Həmin plana uyğun olaraq regionlarda milli mətbuatımızın yaranmasının 140 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. İlk olaraq bu tədbir “Əkinçi” qəzetinin redaktoru, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olduğu Zərdab şəhərində baş tutdu. Burada çox möhtəşəm bir konfrans keçirildi. İyulun 4-də isə Gəncə şəhərində növbəti konfrans olacaq. Eləcə də, Masallıda, Qubada, Qəbələdə və digər regionlarımızda bu kimi konfranslar keçiriləcək. Yekun olaraq isə paytaxt Bakı şəhərində 140 illiklə bağlı möhtəşəm tədbirin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

