Qlobal maliyyə böhranının yaratdığı ciddi çətinliklər Azərbaycanda müşahidə olunmayıb
07.03.2009 [15:32]
Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ötən ilin yekunları və 2009-cu ilin ilk aylarında görülmüş işlərlə bağlı Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında keçirdiyi mətbuat konfransında deyib.
S.Müslümov bildirib ki, 2008-ci ildə DSMF-nin gəlirləri 1395,9 milyon manat təşkil edib. Bu da 2007-ci ilə nisbətən 428 milyon manat və ya 44,2 faiz çoxdur. ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 958,6 milyon manat olub. Pensiya xərcləri əvvəlki ilə nisbətən 41 faiz və ya 379 milyon manat artaraq, 1306 milyon manat təşkil edib. ötən ilin sonunda əmək pensiyalarının orta aylıq məbləği 96 manata çatdırılmaqla, ilin əvvəlinə nisbətən 33 manat artıb.
Fondun sədri vurğulayıb ki, 2009-cu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb. Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması nəzərdə tutulub.
Bu il yanvarın 1-nə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsi 20,8 faiz artırılıb. Bununla bağlı 547 min nəfərin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi tətbiq olunub, bu şəxslərin hər birinin pensiyalarının artımı orta hesabla 6 manat təşkil edib, bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 99 manata çatıb.
S.Müslümov cari ildə əmək pensiyası alan şəxslərin və DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayının artdığını, ölkəmizdə əmək pensiyalarının plastik kartlarla ödənilməsi prosesinin uğurla tətbiq edildiyini, son iki ayda kənd və qəsəbələrdə daha 5 bankomatın qurulduğunu da qeyd edib.
Hazırda 1 milyon 30 min nəfər pensiyasını plastik kartlarla alır. Bu göstərici üzrə Azərbaycan bütün dünyada ən şəffaf təcrübəyə malik ölkələrdən biri hesab olunur.
DSMF-nin sədri onu da qeyd edib ki, cari ilin ilk aylarında ərzaq məhsullarında qiymətlərin azalması müşahidə olunub.
S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu il üçün nəzərdə tutulmuş tədbirlər uğurla davam etdirilir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33

