Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran XİN: Tehran və Vaşinqton vasitəçilər üzərindən dialoqu davam etdirir

İran XİN: Tehran və Vaşinqton vasitəçilər üzərindən dialoqu davam etdirir

27.07.2026 [10:54]

İran Xarici İşlər Nazirliyi (XİN) Tehran və Vaşinqton arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsinin davam etdiyini bildirib. AZƏRTAC xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqayi açıqlayıb.

Onun sözlərinə görə, İran Pakistan, Oman və Qətər də daxil olmaqla vasitəçi ölkələr üzərindən ABŞ ilə əlaqələri davam etdirir. Bəqayi qeyd edib ki, dialoqun davam etməsi üçün əvvəlcə məhv edilmiş etimad mühiti bərpa olunmalıdır.

İran rəsmisi bildirib ki, Tehran Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirib, lakin ABŞ həmin müddət başa çatmadan yeni zərbələr endirib.

Bəqayi ABŞ-nin addımlarını razılaşmaların pozulması kimi qiymətləndirib və İranın əsas diqqətinin xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31