/ / Azərbaycan vətəndaşları ilk Avropa Oyunları çərçivəsində dövlətə yüksək dəstək nümayiş etdirdilər
Azərbaycan vətəndaşları ilk Avropa Oyunları çərçivəsində dövlətə yüksək dəstək nümayiş etdirdilər
09.07.2015 [09:28]
Prezident İlham Əliyev: Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək
Davamlı iqtisadi inkişafa və ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi zaman keçdikcə daha da möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsini şərtləndirməklə yanaşı, çoxsaylı nailiyyətlərin əldə edilməsini də təmin edib. Qazanılmış çoxsaylı nailiyyətlər isə Azərbaycanın uğurlarının davamlı olacağını deməyə əsas verir.
Gözləntilər özünü doğrultdu: Azərbaycan növbəti dəfə tarix yazdı
Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurları şərtləndirən amillərdən biri isə ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edərkən Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcəyinə heç bir şübhə yox idi. Avropanın idman ictimaiyyəti, nüfuzlu araşdırma mərkəzləri, ekspertlər ilk Avropa Oyunlarının keçirilməsi hüququnun iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsini qanunauyğun hal kimi xarakterizə etmişdilər. Və gözləntilər özünü doğrultdu, Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı bu məsələ ilə bağlı qeyd edib: “Yadımdadır, qərar qəbul olunandan sonra mən xalqa müraciət etdim və xalqı təbrik etdim. Eyni zamanda, dedim ki, biz çalışacağıq bu Oyunları ən yüksək səviyyədə keçirək. Şadam ki, bu, belə də oldu”.
Azərbaycan vətəndaşlarının mövqeyi birmənalıdır...
İlk Avropa Oyunları kimi mötəbər bir beynəlxalq tədbirin uğurla keçirilməsini təmin edən amillərdən biri də Azərbaycan xalqı ilə milli iqtidarın birgə çıxış etməsi oldu. Yəni, Azərbaycan ictimaiyyəti, vətəndaşlar dövlətimizin bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəyinə inamını ifadə edərək yüksək dəstək nümayiş etdirdilər. Dövlət başçısının qeyd etdiyi kimi: “Hamımız yaxşı dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək”.
Təsadüfi deyil ki, “Rəy” Monitorinq Mərkəzinin 2015-ci il iyulun 1-dən 3-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu bəhs olunan reallıqları ortaya qoydu. Sadalananların nümunəsi kimi rəy sorğusunda əks olunan bir sıra məqamlara bir daha nəzər yetirmək lazımdır.
Beləliklə, sosioloji sorğunun nəticələri göstərir ki, Azərbaycanda birinci Avropa Oyunlarının açılış mərasimi kimi, bağlanış mərasimi də böyük maraqla qarşılanıb. Bağlanışdan sonra rəyi soruşulanların 79 faizi mərasimi izlədiklərini qeyd edib. Bağlanış mərasiminə baxanların 91 faizi şounu televiziya vasitəsilə, 1 faizə qədəri stadiondan, 8 faizə qədəri isə internet vasitəsilə izlədiyini qeyd edib. Rəyi soruşulanların 70 faizi bağlanış mərasiminin onlarda qürur hissi doğurduğunu, 12 faizi belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edib. Əgər Oyunların açılışından dərhal sonra, iyunun 13-15-də keçirilən sorğuda ölkə əhalisinin 80 faizə qədəri Oyunları izləyəcəklərini deyirdisə, bağlanışdan sonra keçirilmiş sorğuda respondentlərin 88 faizi yarışları izlədiklərini bildiriblər. Bundan başqa, ölkə əhalisinin 94 faizi Azərbaycan idmançılarının çıxışını uğurlu qiymətləndirib. Eyni zamanda, əhalinin 72 faizi hesab edir ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanı idi. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti Oyunların təşkilinə çəkilmiş xərclərin özünü doğrultduğu qənaətindədir. Rəyi soruşulanların 83 faizi isə hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir. Digər tərəfdən, “Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafında şayiələr dolaşmağa başlayır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafında əsl informasiya savaşı gedir. Sizcə, Azərbaycan bu döyüşləri udur, yoxsa uduzur?” sualına rəyi soruşulanların 72 faizi Azərbaycanın bu savaşda qalib gəldiyini qeyd edib.
Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında, beynəlxalq mövqeyinin möhkəmlənməsində ifadə olunur
Beləliklə, nəzər yetirdiyimiz məqamlar onu göstərir ki, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında, beynəlxalq mövqeyinin möhkəmlənməsində ifadə olunur. Dövlət başçısının bildirdiyi kimi: “Əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət, əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır”.
Azərbaycan ictimaiyyəti əldə edilən bütün nailiyyətlərin fonunda əminliklə belə bir qənaət ifadə edir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi dövründə hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Dövlət başçısının ölkəmizə rəhbərlik etdiyi ötən 12 il ərzində vaxtilə xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Bir sözlə, Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20

