Xəyanətkar Leyla və Arif Yunusovların bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib
20.08.2015 [09:46]
Cəmiyyətimiz onların əməllərini şiddətlə qınayır və həbsini antimilli, cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir
Ölkəmizdə bəzi şəxslərin “hüquq müdafiəçisi” adı altında müəyyən xarici qüvvələrin tapşırıq və dəstəyi ilə Azərbaycana qarşı fəaliyyət göstərməsi, antimilli mövqedən çıxış etməsi ictimaiyyətə məlumdur. Xarici anti-azərbaycançı dairələrin, o cümlədən, erməni lobbisinin himayəsində olan həmin şəxslərin fəaliyyəti Azərbaycan haqqında beynəlxalq müstəvidə mənfi rəy yaratmaqdan ibarətdir. Bu baxımdan, Leyla Yunusova və Arif Yunusov cütlüyünün fəaliyyəti “parlaq” nümunədir. Məlumdur ki, bu ailə uzun illərdir ki, düşmən “dəyirmanına su tökmək”lə məşğul olub. Cütlüyün fəaliyyətlərini erməni maraqları üzərində qurması, həmçinin, onların ermənipərəst olmalarından qaynaqlanır. Bunu təsdiqləmək üçün kifayət qədər faktlar da var.
Məsələn, L.Yunusova adını “insan hüquqları müdafiəçisi” qoysa da, bu günədək bir dəfə də olsun, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən insanların hüquqlarının bərpası haqqında heç bir fikir səsləndirməyib, onların öz torpağında yaşamaq kimi fundamental hüquqlarının bərpası yönündə fəaliyyət göstərməyib. Əvəzində L.Yunusova ermənilərlə birgə layihələr həyata keçirib və bu əməllərinə də müxtəlif don geyindirib. Xatırlatmaq yerinə düşər ki, 2013-cü ilin əvvəlində L.Yunusovanın rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu” və Ermənistandakı “Region” araşdırma mərkəzi tərəfindən birgə sayt yaradılıb. Hətta həmin ilin yanvarında Yerevanda bu saytın təqdimatı keçirilib. L.Yunusovanın şərik olduğu bu layihə elə ilk gündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Belə ki, layihənin ilk qonağı olan Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyan öz ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb və separatçı rejimi, işğal altında olan torpaqlarımızı “Dağlıq Qarabağ Respublikası” adlandırıb. Bu, L.Yunusovanın Azərbaycan xalqına birinci xəyanəti deyil. Onun dövlətimizə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı kifayət qədər faktlar mövcuddur. Təbii ki, bu adamların ermənilərin maraqlarına qulluq etmələrinin səbəbləri var. L.Yunusovanın erməni xüsusi xidmət orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunusova erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunusova Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Bundan başqa, Yunusovlar ailəsinin erməni qohumlarının bəziləri Rusiyada yaşayır. Hətta şər duetinin bu qohumları ilə biznes ortaqlıqları olması barədə məlumatlar da mətbuat səhifələrində özünə yer tapıb. Bundan əlavə, Yunusovlar ermənilərə “ayı xidmətləri”nə görə dəfələrlə mükafatlandırılıblar. Bu mükafatlar hesabına L.Yunusova xaricdə mal-mülk sahibinə də çevrilib. Bütün bu faktlar isə Leyla və Arif Yunusovların, əslində, niyə xalqımıza düşmən kəsildiklərini sübut edir. Əlbəttə ki, bu faktların sayını artırmaq olar. Çünki Leyla və Arif Yunusovların bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Belə olan təqdirdə, cəmiyyətimiz onların əməllərini şiddətlə qınayır və həbsini antimilli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05

