ATƏT DTİHB-nin hesabatı ədalətsiz və qərəzlidir
03.09.2015 [10:07]
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: Qiymətləndirmə Missiyasının hesabatı DTİHB
seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz
Məlum olduğu kimi, ölkəmizdə parlament seçkilərinə rəsmi olaraq start verilib. Seçkilərin ən yüksək demokratik standartlara uyğun keçirilməsi üçün Azərbaycan dövləti müvafiq tədbirlər həyata keçirməkdədir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti həmişə birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib. Hələ 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurlarının seçki prosesinə qanunazidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bundan başqa, sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun məsuliyyət təyin edilməsi kimi göstərişlər yer alıb.
Həmçinin, məhz dövlət başçısının 2005-ci ildə imzaladığı Sərəncamda namizədlərə efir vaxtının verilməsi və digər məsələlər də öz əksini tapmışdı ki, bu da ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Ötən seçkilərin təcrübəsi və reallıqlar da o fikri qətiyyətlə ortaya qoyur ki, Azərbaycan azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün tədbirləri görür və bu da seçkilərin yüksək səviyyədə keçirilməsində öz əksini tapır. Qarşıdan gələn parlament seçkiləri də bu mənada istisna təşkil etməyəcək.
Eyni zamanda, Azərbaycan seçkilərin beynəlxalq müşahidəçi missiyaları tərəfindən izlənilməsində və ədalətli şəkildə qiymətləndirilməsində də maraqlıdır. Ona görə də parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan artıq Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB), Avropa Parlamentinə təkliflər göndərib. Artıq müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı özlərinin müşahidəçi qruplarını seçkiləri izləmək üçün ölkəmizə göndərəcəklərini açıqlayıblar. O cümlədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 qısamüddətli müşahidəçi göndərəcəyini açıqlayıb. Qısamüddətli müşahidəçilər seçki günü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər. Lakin təşkilatın yaydığı seçki öncəsi bəyanat DTİHB-nin bu missiyasının məramının heç də xoş olmadığını göstərir. Hesabatda seçkilərin nəticələrinin indidən şübhə altına alınması ilə bağlı cəhdlərin olması, Azərbaycanın seçki öncəsi hazırlıqla bağlı atdığı mütərəqqi addımların, iddiaçılara bərabər şəraitin yaradılması kimi faktların sənəddə əksini tapmaması bu təşkilatın ölkəmizə qarşı ənənəvi qərəzinin davam etdiyini ortaya qoyur.
Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyinin ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq yaydığı bəyanatda da bu fikirlər yer alır. Belə ki, sənəddə göstərilir ki, DTİHB-nin qiymətləndirmə komissiyası dar çərçivədə araşdırma aparmış, yalnız bir qisim qrupların fikirlərinə əsaslanaraq, dəyərləndirmişdir: “DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər. Missiyanın fikrincə, Qiymətləndirmə Missiyasının hesabatı DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz”.
Beləliklə, qeyd etdiyimiz kimi, indiyə qədər ölkədə reallaşdırılmış seçkilərin hər biri beynəlxalq qurumlar tərəfindən təqdir olunub və prosesin demokratik keçirildiyinə heç bir şübhə yeri qalmayıb. Ona görə də Azərbaycana qarşı qərəzli münasibətinin davamı kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yaydığı hesabat haqlı ictimai narazılıqla qarşılanıb.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17

