/ / Azərbaycanlı deputat Strasburqda Avropa dövlətlərini qaçqın uşaqların hüquqlarını müdafiə etməyə çağırıb
Azərbaycanlı deputat Strasburqda Avropa dövlətlərini qaçqın uşaqların hüquqlarını müdafiə etməyə çağırıb
01.10.2015 [10:38]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Tranzit ölkələr: Yeni miqrasiya və sığınacaq problemləri ilə üzləşmə” mövzusunda çıxış edib.
S.Fətəliyeva deyib ki, mövcud vəziyyətdə qaçqın həyatı yaşayan insanlar zorakılıq və dağıntılar nəticəsində öz yurd-yuvalarından didərgin düşüblər: “UNICEF-in qənaətinə görə, 320 mindən artıq qadın və uşağın növbəti 6 ay ərzində bizim köməyimizə və qorumamıza ehtiyacı ola bilər. Yadda saxlamalıyıq ki, uşaqlar öz ailə mühitini, dostlarını və məktəblərini itirdikləri zaman ciddi zədəyə məruz qalırlar. Bundan əlavə, hər gün uşaqlar sürgün zamanı dünyaya göz açırlar və onların doğum şəhadətnamələri olmur. Hazırda məcburi köçkün həyatı yaşayan uşaqların sayı II Dünya müharibəsindən bu günə qədərki dövrün ən yüksək səviyyəsinə çatıb. Evlərindən didərgin düşmüş uşaqların əksəriyyəti əzab çəkir və tərk edilmiş şəkildə dünyasını dəyişir”.
Komitə sədrinin müavini bildirib ki, müharibə təkcə uşaqların ölümü deyil, həm də onların gələcəyini oğurlamaqdır. Sağ qalmalarından istifadə edilərək uşaqlar istismar işlərinə cəlb olunurlar ki, bu da onları təhsil hüququndan məhrum edir, məktəbə getmələrini imkansızlaşdırır: “Qaçaqçılar, uşaq oğruları və ekstremist qruplar uşaqları ələ keçirib onlara xoşbəxt gələcək vəd edirlər. Hətta aldadıcı yolla sağ qalsalar belə cəzası az olmayan ikinci mərhələyə dözürlər. İnsan alverçiləri onları cinayətkar, gələcəyin terroristləri və hətta xəstəlik daşıyıcıları kimi tanıdırlar. Türkiyə, Livan, Misir və İordaniya istisna olmaqla çox az ölkələr onlara sığınacaq verir, ehtiyaclarını qarşılayır”.
S.Fətəliyeva deyib: “Ürəkağrıdıcı şəkillər paylaşmaq kifayət etmir. Dünya uşaqlarını müdafiə etmək üçün səsimizi ucaltmalıyıq, aşağıdakı təhlükəsizlik tədbirlərini dərhal həyata keçirmək üçün hər kəs öz hökumətinə səslənməlidir:
- Uşaqlar təhlükəsiz və xoş mühitdə yerləşdirilməli, onların sağlamlıqlarının qeydinə qalınmalı, psixoloji dəstək verilməli, təhsilləndirilməli və reabilitasiyası təmin edilməlidir;
- Uşaqlar və onların ailələrinin yerləşdirilməsi üçün humanitar vizalar verilməlidir. Sığınacaqlarda yerləşdirilmə vaxtında olmalıdır və hər zaman uşaqlar diqqət mərkəzində saxlanılmalıdır;
- Mühacirlər başqa ölkələrdə yerləşdirilməli və insan qaçaqçılığının qarşısının alınmasında məsuliyyətli davranılmalıdır;
- Axtarış və xilasetmə əməliyyatlarının sürəti quruda və dənizdə artırılmalıdır;
- Tək qalmış uşaqların ailələri ilə yenidən birləşdirilməsi işinin sürəti artırılmalıdır.
Bu dünyada öz yurdu üçün darıxan, çıxış yolu axtaran, məktəb arzusunda olan, müntəzəm həyat qurma imkanı arzulayan uşaqların üzündəki ağrılı ifadə kimi çox az şey var. Uşaqlar heç vaxt gələcəklə bağlı ümidlərinin azaldığı vəziyyətlərə düşməməlidirlər.
Avropa bu fəlakətdə çox mühacirin əsas sığınacaq yeri kimi öz dəstəyini göstərməlidir. Unutmamalıyıq ki, uşaqların bizim xüsusi diqqət və qorumamıza ehtiyacı var. Onların hansı dinə və etnik qrupa mənsub olmaları yurd-yuvalarından çıxarılmaları üçün səbəb olmamalıdır.
Beynəlxalq təşkilat kimi biz çoxlarını evindən didərgin salan bu qlobal və regional konfliktin həlli üçün təsirli yollar tapmalıyıq. Hədsiz kasıblığın qarşısını almaq məqsədilə davamlı, dünya miqyaslı inkişafı genişləndirməliyik və biz hökumətləri sivil cəmiyyətin çiçəklənməsi üçün dəstəkləməliyik.
Parlament Assambleyasında uşaqların baş məruzəçisi kimi mən bütün Avropa dövlətlərini qaçqın uşaqların hüquqlarını müdafiə etməyə çağırıram. Uşaqların sığınacaqlara daxil olmaları təmin edilməlidir və onlar mümkün qədər öz ailələrindən ayrılmamalıdırlar.
Əsas məqsədimiz dəstək əlimizi uzatmaqla bu uşaqların hüquqlarını müdafiə edərək vətənlərinə təhlükəsiz qayıtmalarını təmin etmək, onları bütün mənfi hallardan qorumaq, uşaqlar üçün xoş, mehriban, sağlam mühit və digər zəruri şərait yaratmaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05

