Andris Ameriks: Mən Azərbaycanın dostuyam
16.10.2015 [10:48]
Bu günlərdə Riqanın vitse-meri Andris Ameriksin başçılığı ilə Latviya nümayəndə heyəti Azərbaycanın Gəncə və Qəbələ şəhərlərində işgüzar və tanışlıq səfərində olub.
AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Andris Ameriks səfər təəssüratlarını bölüşüb. Vitse-mer deyib: “Ondan başlayım ki, mən Azərbaycanın dostuyam. Hələ yarım il əvvəl Bakıya yola düşəndə mən şübhə içində idim. Lakin mən gözəl şəhər, dinamik inkişaf gördüm. Hesab edirəm ki, Bakı dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən biridir”.
Bakıdan qayıdandan sonra vitse-merin təşəbbüsü ilə may ayında Riqada “Bakı ritmləri Riqanın qəlbində” mövzusunda fotosərgi təşkil olunub. Andris Ameriks deyib: “Mən Azərbaycan paytaxtının gözəlliyini, onun müasir görkəmini göstərmək istədim. Gəncəyə və məşhur kurort şəhəri Qəbələyə dəvət edildim. Fikrimcə, Gəncə çox sürətlə inkişaf edir, iqtisadi mərkəz kimi yeni səviyyəyə qalxır. Məlumdur ki, 2016-ci ildə Gəncə Avropa gənclərinin paytaxtı olacaq. Biz Latviya gənclərindən ibarət nümayəndə heyətini Gəncəyə göndərmək istəyirik. Mən əməkdaşlıq sahələri üzrə müzakirələrin davam etdirilməsi üçün Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi Riqaya dəvət etdim. Güman edirəm ki, münasibətlərimiz inkişaf edəcək”.
Vitse-mer bildirib ki, bu gün Qəbələdə görülən işlər, eləcə də təbiət özü və nadir milli kolorit onu İsveçrənin Sankt-Morits şəhərinə çevrilir. “Səfər çərçivəsində biz səviyyəsi və xidmət keyfiyyəti Avropa standartlarına uyğun olan mehmanxanalarda olduq. Azərbaycan turizmin inkişafında maraqlıdır. Hesab edirəm ki, milli kolorit və Azərbaycanın regionlarında inkişaf Avropa kurortlarını əvəz edə bilər”, - deyə A.Ameriks qeyd edib.
Bu günlərdə dünyada Azərbaycana marağın nə qədər artdığının şahidi olduğunu bildirən vitse-mer deyib: “Mən “Milan Expo-2015” sərgisində Azərbaycan pavilyona düşmək üçün təqribən yarım saat növbədə durmalı oldum. Hər səfərdə Azərbaycan bizi yaxşı mənada təəccübləndirir. Biz fasiləsiz inkişafın, ölkənin yenilənməsinin şahidi oluruq. Yeni mənzərə həmişə xoşdur”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

