Siyavuş Novruzov: ATƏT-in danışmağa üzü yoxdur
28.10.2015 [10:25]
“Həm ATƏT-in özü, həm də digər qurumları həmişə Azərbaycana qeyri-obyektiv yanaşıblar. Onların bugünkü mövqeləri də bizə bəllidir”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT Parlament Assambleyasının Demokratiya və insan haqları komitəsinin sədri İzabel Santosun parlament seçkiləri öncəsi Azərbaycandakı vəziyyət barədə bəyanatına münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, ATƏT və onun qurumları dəfələrlə qeyri-demokratik seçkilər keçirən ölkələr haqqında çox yüksək fikir söyləyiblər, lakin Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilər haqqında mənfi rəy yaratmağa çalışıblar: “O cümlədən ayrı-ayrı birtərəfli informasiya əsasında çıxış ediblər və yaxud hər hansı bir qeyri-hökumət təşkilatının yazdığı donosu nöqtəsini, vergülünü dəyişmədən ATƏT-in rəyi kimi təqdim edirlər. İndiki halda da bunların mövqeyi bizə bəllidir”.
Millət vəkili vurğulayıb ki, ATƏT öz üzərinə götürdüyü funksiyanı yerinə yetirə bilmir - 20 ildən artıqdır ki, təşkilatın Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək funksiyasını üzərinə götürüb: “İndiyə qədər niyə öz funksiyasını yerinə yetirməyib? Bütün bunların arxasında Azərbaycanı istəməyən qüvvələr, erməni lobbisi, Azərbaycanda olan iqtisadi inkişafı, Azərbaycan xalqının Prezidentlə birgə olmasını, Prezidenti dəstəkləməsini və Azərbaycanın müstəqil siyasət aparmasını, hansısa ölkənin, təşkilatın diktəsi ilə oturub-durmamasını gözü götürməyən qüvvələr dayanır”.
S.Novruzov vurğulayıb ki, ATƏT və onun qurumlarını seçki prosesi və digər məsələlər maraqlandırmır: “Demokratiyadan və insan hüquqlarından danışırlar, amma Azərbaycanda 20 ildən artıqdır ki, bütün hüquqları Ermənistan işğalı nəticəsində kobud şəkildə pozulan bir milyondan artıq qaçqın və məcburi köçkün haqqında heç nə demirlər. Yüz minlərlə insanı evsiz-eşiksiz qoyublar, didərgin salıblar - bunlarla məşğul olsunlar. Avropada insanları qarın, şaxtanın altında saxlayıb məhv edirlər - bundan danışsınlar, buna münasibət bildirsinlər. Yoxsa hansısa cinayət törədərək həbs olunan bir-iki nəfərin dalınca düşüblər. ATƏT nə zaman bəyanat verdi ki, ərəb ölkəsində Avropanın nə işi var? Niyə dağıdırsınız bu ölkələri? İnsanları niyə qaçqın vəziyyətinə salırsınız, evindən-eşiyindən məhrum edirsiniz? Ona görə də onların danışmağa üzü yoxdur, dedikləri də bizim üçün əhəmiyyətli deyil”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

