Sonun başlanğıcı
02.04.2009 [10:10]
Ermənilər tarix boyunca özgə millətlərə (xüsusilə də, türklərə - N.Q.) qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına özlərinin paronoid təxəyyüllərinə əsaslanan “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə ən iyrənc və tayı-bərabəri görünməmiş yollara baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “türksüz Ermənistan” (oxu: “Böyük Ermənistan”- N.Q.) yaratmaq ideyaları, eyni zamanda, “böyük güclər”in maraqları ilə ust-üstə düşüb. Bunun da nəticəsidir ki, təcavüzkar xarakterli ermənilər “oradan-buraya” sürüklənib və qanlı aksiyalarda iştirak ediblər (və yaxud etdiriliblər - N.Q.). Ermənilər, həmçinin, ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı eksponsionalist iddialarını daha da gücləndiriblər. Müxtəlif dövrlərdə ermənilər bizlərə qarşı fərqli-fərqli təhdid və şantajlardan “məharətlə” istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Əslində, özlərini “əzilmiş millət” kimi tanıtdırmağa çalışan ermənilərin irəli sürdükləri iddiaların və onların eksponsionalist fəaliyyətlərinin pərdəarxası məqamlarını müvafiq olaraq “4T planı” şəklində izah edə bilərik:
1T planı - Terror və yaxud təkrar canlanma: tarixboyu ermənilər “müqəddəs davaları” uğrunda terrora sıx-sıx baş vurub, misli-bərabəri görünməmiş cinayətlər törədiblər. Bu plan bir sıra terrorçu erməni təşkilatları - ASALA, ARA, Hınçak, Daşnaksütyun və başqaları - tərəfindən mərhələ-mərhələ həyata keçirilib, bunun nəticəsində də 650 mindən çox türkün həyatına son qoyulub. Ermənilərin sapmış iddialarına görə, “əzilmiş” və “məzlum” erməni millətinin qisasını almaq və “ədaləti bərpa etmək” üçün terrordan istifadə etmək onların “haqqı”dır. Əslində isə “haqq” və “terror” anlayışları - bir-birindən xeyir və şər qədər uzaq olan anlayışlardı.
2T planı - Tanınma: məruz qaldıqlarını iddia etdikləri qondarma “soyqırımı”nın dünya ictimaiyyəti tərəfindən (buraya beynəlxalq təşkilatlar və dünya dövlətləri aiddir - N.Q.) tanınmasına nail olmaq;
3T planı - Təzminat: Əgər 2T planı, yəni, qondarma “soyqırımı” iddialarının tanınması baş tutarsa, 3T planı - təzminatın alınması da baş tutmuş olacaq. çünki tarixdən də məlumdur ki, (eyni zamanda, beynəlxalq hüquq normalarına əsasən - N.Q.), soyqırımı törətmiş millət (lər) tərəfindən soyqırımına məruz qalmış millət(lər)ə təzminat ödənilir. Təcavüzkar ermənilərin çirkin planı isə bu məqsədə xidmət edir. Yəni, “soyqırımı” iddialarının qəbul etdirilməsi, bunun da nəticəsində böyük miqdarda təzminatın alınması (bu, müxtəlif formalarda ola bilər - N.Q.) və növbəti plana keçidin təmin olunması;
4T planı - Torpaq iddiaları: erməni iddialarına görə, “Böyük Ermənistan” dövlətinin yaradılması üçün “itirilmiş torpaqlar”ın geri qaytarılması lazımdır. “İtirilmiş torpaqlar” dedikdə, onlar Anadolunun şərq hissəsi, Naxçıvan, Dağlıq Qarabağ, Kür çayınadək olan əraziləri, eyni zamanda, Gürcüstanın Borçalı və ona paralel bölgələrini nəzərdə tuturlar. Təbii ki, bu da vəhşətin simvoluna çevrilmiş ermənilərin özgə ərazilərinə olan eksponsionalist - təcavüzkar iddialarını tam aydın şəkildə ortaya qoymuş olur;
Göründüyü kimi, yuxarıda sadalanan çirkin planların hər biri sistematik olaraq bir-birilə bağlıdır. Bu planların birinin tam olaraq gerçəkləşdirilməsi “zəncirvari reaksiya” kimi digərlərinin də ard-arda gəlməsinə təkan vermiş olar. Ona görə də, tarixboyu ermənilər tərəfindən soyqırımına məruz qalmış türk milləti ilə yanaşı, beynəlxalq arenada “sülhün və təhlükəsizliyin təminatçısı” adlandırılan təşkilatlar, eyni zamanda, terrorla mübarizədə fəal mövqe nümayiş etdirən dövlətlər də ermənilərin təcavüzkar - terrorçu siyasətinə qarşı qəti və birbaşa addımlar atmalıdırlar. Bu, ən azından, bəşəriyyətə doğru yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması və millətlərin suveren hüquqlarının ayaqlar altına alınmasına göz yummamaq deməkdir.
Bu və ya digər dərəcədə öz illegal (qeyri-qanuni) və təcavüzkar fəaliyyətini davam etdirməsinə baxmayaraq, bu gün Ermənistan dövləti, sözün əsl mənasında, çıxa biləcəyi, demək olar ki, mümkün olmayan bir bataqlığa düşüb. Mövcud Ermənistan hakimiyyəti özünün yarıtmaz fəaliyyətini və erməni xalqının etiraz dalğasını ört-basdır etmək üçün ölkə daxilində müxtəlif qruplara qarşı cinayətlər törətməkdə davam edir. Yəni, indi artıq onların ənənəvi peşə fəaliyyətlərinin - terrorçu hərəkatlarının istiqaməti ölkə daxilinə çevrilib. ölkədə heç bir struktur normal fəaliyyət göstərmir və faktiki olaraq müxalifət sıradan çıxarılıb. Bu da ona işarədir ki, Ermənistanda nəinki demokratiyadan, hətta hər hansı bir qanuni fəaliyyətdən belə söhbət gedə bilməz.
Digər tərəfdən, bütün bu sadaladığımız amillərin nəticəsidir ki, Ermənistanda iqtisadi həyat faktiki olaraq çöküb. İqtisadiyyat bir qrup maliyyəçilərin əlində cəmləşib və bu qrup iqtisadiyyatı istədikləri istiqamətə yönləndirir. Qeyri-normal iqtisadi vəziyyətin təsirindəndir ki, ötən hər gün ərzində erməni emiqrantlarının sayı artır və ölkə əsaslı şəkildə sosial-demoqrafik problemlər girdabında boğulur. İqtisadiyyatın başlıca sahələri yavaş-yavaş “xarici havadarlar”- “etibarlı dostların” ixtiyarına verilir. Dinc əhalinin 1 nömrəli düşməninə çevrilmiş hakimiyyət isə böhrandan müəyyən qədər çıxışı təmin etmək üçün yenə də xarici qüvvələrə göz dikir. Amma artıq əvvəlki kimi “etibarlı dostları”ndan da “qayğı” görə bilmir. Nəticədə, iti və iri addımlarla uçuruma doğru irəliləyən Ermənistan sonunun çatdığını hiss və dərk edir.
Bu da bir həqiqətdir ki, dövlətin işğalçı fəaliyyəti və terrorçu tutumu müəyyən qədər regional proseslərə və Ermənistanın regiondakı mövqeyinə də birmənalı şəkildə təsir göstərməkdədir. Regionun “üz qarası” olan Ermənistan Azərbaycanla yanaşı, Gürcüstana qarşı da qeyri-rəsmi ərazi iddiaları irəli sürməkdədir. Bu isə ona dəlalət edir ki, regionda (Cənubi Qafqaz nəzərdə tutulur- N.Q.) qeyri-sabitliyin başlıca mənbəyi Ermənistandır. Və işğalçı fəaliyyəti nəticəsində bu dövlət regionda həyata keçirilən enerji və nəqliyyat - kommunikasiya layihələrindən tamamilə kənarda qalıb. Bu cür mövqe isə işğalçıları məhvə doğru sürükləyir. İşğalçı ölkədə hər kəs bunu yaxşı dərk etməlidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “...Regionda gedən inkişaf proseslərində, mühüm və nəhəng layihələrin həyata keçirilməsi şəraitində Ermənistan bir ölkə kimi bütün bu inkişafdan kənarda qalacaqdır... Ermənistan təcridə doğru yuvarlanır.... Ermənistanın hazırkı siyasətinin davam etdirilməsi onun tam təcrid olunması deməkdir”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

