Yevgeni Şulepov: Heydər Əliyev Voloqdanın inkişafı üçün mühüm qərarlar qəbul edirdi
07.11.2015 [10:13]
1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü, iki dəfə Sosialist Əməyi qəhrəmanı Heydər Əliyev Voloqda şəhərinə Oktyabr İnqilabı ordenini təqdim etmək üçün həmin şəhərə səfər etmişdi. Səfər zamanı Heydər Əliyev bir sıra müəssisələrə baş çəkmiş, yaxındakı rayonlarda olmuş, təntənəli şəhər yığıncağında iştirak etmiş, Oktyabr İnqilabı ordenini şəhər bayrağına vurmuş və Oktyabr bağında ağac əkmişdi.
Noyabrın 5-də Voloqda şəhərinin Oktyabr İnqilabı ordeni ilə təltif olunması münasibətilə xatirə lövhəsinin açılışı mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Voloqda Şəhər Administrasiyasının binasında mərmər xatirə lövhəsinin açılışında şəhər meri Yevgeni Şulepov çıxış edib. O, Voloqda şəhərinin Sovet İttifaqının ali mükafatlarından olan Oktyabr İnqilabı ordeni ilə Böyük Vətən müharibəsindəki Qələbəyə verdiyi töhfəyə görə təltif edildiyini deyib. Yevgeni Şulepov bildirib ki, bu ali mükafatı şəhərə görkəmli siyasi xadim Heydər Əliyev təqdim etmişdir. O, Sovet İttifaqının bütün sənaye potensialına rəhbərlik edən bir insan kimi Heydər Əliyevin Voloqdanın inkişafı üçün bir çox mühüm qərarlar verdiyini vurğulayıb. Burada yeni küçələr, yeni məktəblər və uşaq bağçaları tikilib, sənaye istehsalı genişlənib, Onun dəstəyinə görə şəhər inkişaf edib.
Səfir Polad Bülbüloğlu çıxışında Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin xatirəsinə olan hörmət və ehtirama görə minnətdarlığını bildirib. O, deyib: “Heydər Əliyev Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi və burada deyildiyi kimi, O, çoxlu məsələləri həll edirdi, çoxlu sahələrə nəzarət edirdi ki, bu sahələr da bilavasitə Onun sayəsində sürətlə inkişaf edirdi. Biz bir ölkədə yaşayıb hamımız bu ölkə naminə işləyirdik. İndi biz müxtəlif ölkələrdə yaşayırıq. Olduqca xoşdur ki, mənəvi birliyimiz, humanitar əlaqələrimiz dağılmayıb, itirilməyib, inkişaf etməkdə davam edir. Bu gün Voloqdada xatirə lövhəsinin açılması, Heydər Əlirza oğlu Əliyevin buraya gəlməsinin yad olunması - bütün bunlar mənəvi əlaqələrimizin sarsılmaz olduğunu göstərir”.
Səfir vurğulayıb ki, Voloqdada Ümummilli lider Heydər Əliyevə istiqanlı münasibət azərbaycanlılar tərəfindən minnətdarlıqla qəbul olunur.
Voloqda şəhərinin fəxri sakini, Voloqdaya yüksək mükafatın təqdim edilməsinə həsr olunmuş 1983-cü il 2 iyul tarixli təntənəli iclasın iştirakçısı Aleksey Plexanov qeyd edib ki, həmin əlamətdar gündən düz 33 il ötüb. O, həmin tədbirə necə hazırlıq işlərinin görüldüyü, bugünkü mərasimdə təmsil olunmuş şəxslərdən xeyli sayda insanların bilavasitə 1983-cü ildəki tədbirdə iştirak etdiyi, Voloqdaya səfər zamanı Heydər Əliyevi müşayiət etdiyi barədə xatirələrini bölüşüb. Şəhərin inkişafı və çiçəklənməsində Heydər Əliyevin rolunu xüsusilə qeyd edən Aleksey Plexanov vurğulayıb ki, o zaman Oktyabr bağında Heydər Əliyev tərəfindən əkilmiş ağac bu gün nəhəng ağaca çevrilib. Həmin ağac əsrlər boyu daha da böyüyərək Azərbaycan və Rusiya xalqlarını, bizim iki dövlətimizi birləşdirən dostluğun əyani sübutu olacaq. A.Plexanov, həmçinin deyib ki, gənc nəslin tərbiyə edilməsi üçün belə tədbirlər böyük əhəmiyyət kəsb edir.
Voloqdaya səfəri çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Kreml meydanını və Heydər Əliyevin ağac əkdiyi parkı ziyarət edib. Hazırda həmin ağacın önündə müvafiq yaddaş yazısı ilə kiçik lövhə quraşdırılıb. Burada Polad Bülbüloğlu Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, yerli KİV-ə müsahibə verib. Müsahibədə o qeyd edib ki, Oktyabr İnqilabı ordeni SSRİ-də əhəmiyyətinə görə ikinci mükafat idi və həmin ordenin təqdim edilməsi məqsədilə Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin gəlməsi Sovet İttifaqının ali siyasi rəhbərliyinin Voloqdaya bəslədiyi münasibətin bariz göstəricisi idi. Səfir deyib: “Heydər Əlirza oğlu Əliyev nadir insan idi və digər insanların ehtiyaclarına böyük diqqətlə yanaşırdı. Heydər Əliyev haqqında çoxlu səmimi ifadələr, Öz səfərindən sonra şəhərin daha da inkişaf etdirilməsi üçün böyük işlər gördüyü haqqında sözlər eşitmək mənim üçün xoş idi. Bu, onun xarakteri, insanların rifah səviyyəsinin qaldırılması niyyəti, rəhbər kimi səmərəliliyi barədə parlaq səciyyələndirici misaldır”.
Yekun olaraq Polad Bülbüloğlu Heydər Əliyevin əziz xatirəsinə yüksək ehtirama görə Voloqda sakinlərinə bir daha minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

