Eldar İbrahimovun ömür yolu “70 baharın mənalı anları” kitabında
30.12.2015 [10:33]
Ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından biri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, “Şöhrət” və “Şərəf” ordenli Eldar İbrahimovun keçdiyi uzun, şərəfli və kəşməkəşli həyat yolundan bəhs edən “70 baharın mənalı anları” kitabı bu günlərdə nəfis tərtibatla, yüksək poliqrafik üslubda çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi tanınmış jurnalist Kamil (Həmidov) Həmzəoğludur. Müəllif “Tanıdığım Eldar İbrahimova” başlıqlı “Ön söz”də yazır: “Eldar müəllim ilk baxışda sərt, soyuqqanlı insan təsiri bağışlasa da, onunla ilk tanışlıqdan, ilk söhbətdən sonra bir anın içində ilkin təsəvvürlər tamamilə yox olur, qarşında həddən artıq mehriban, qayğıkeş, istiqanlı, kövrək qəlbli bir insan dayanır...”.
Kitabda yer alan “Sərt qışdan üzü bahara”, “Fəhlə ilə fəhlə, mühəndislə mühəndis...”, “18 il sonra gerçəkləşən arzu”, “Ümid körpüsü”-Naxçıvanın ümid yeri”, “YAP-ın yaradılmasının ilk təşəbbüsü”, “Milli Məclisə birinci çağırış seçkilər”, “Acıya, kədərə qalib gələn insan”, “Bir şəklin tarixçəsi” və digər yazılarda E.İbrahimovun ömür yolu, qarşılaşdığı çətinliklər böyük ustalıqla oxucuya çatdırılır. Bütün yazıların məzmunu sadə və canlıdır, müəllifin və qəhrəmanın dilindən danışılan həyat hekayələri üzərində qurulub. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə muxtar respublikanın ağır iqtisadi-siyasi böhrandan qurtulması və Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə ikinci gəlişinin detalları kitabın qəhrəmanının yaşadıqları fonunda realist çalarlarla təsvir edilib. Kitabda yer alan bəzi hadisələr və faktlar, o cümlədən E.İbrahimov haqqında bəzi deputat həmkarlarının, dövlət rəsmilərinin fikirləri ilk dəfə işıq üzü görür ki, bu da 1990-cı ildən sonrakı müasir Azərbaycan tarixinin tədqiqi ilə məşğul olanlar üçün etibarlı mənbə hesab edilə bilər.
Bu dəyərli kitab Eldar İbrahimovu Azərbaycanın ictimai-siyasi həyatında öz sözünü demiş bir şəxsiyyət kimi oxuculara daha yaxından tanıtmaq imkanı qazandıracaq. Kitabı oxuyan hər kəsin gözü önündə istər Milli Məclisin deputatı, istərsə də parlamentin komitə sədri kimi qanunların qəbul edilməsində, qanunların icrası ilə bağlı müəyyən problemlər üzə çıxarkən onlara dəyişikliklər olunmasında böyük xidmətlər göstərmiş bir parlamentari obrazı canlanacaq. Onu da biləcəklər ki, demək olar, son illər aqrar sektorla bağlı qəbul edilən bütün qanunvericilik aktları Eldar İbrahimovun adı ilə bağlıdır.
Oxucular kitabı vərəqlədikcə, həmçinin nümunəvi, çoxlarına örnək olacaq bir ailə başçısının, övlad və nəvə sahibinin simasını görəcəklər. Bir daha dərk edəcəklər ki, onun həyatı hər kəs, xüsusilə yetişməkdə olan gənc nəsil üçün bir məktəbdir, nümunədir. O, həyatda çətinliklərlə üzləşsə də, heç vaxt sınmayıb, büdrəməyib, daha da bərkiyib, bütün çətinliklərə sinə gərərək ayaq üstə dayanmağı bacarıb.
“70 baharın mənalı anları” kitabı təkcə Eldar İbrahimovu yaxından tanıtmır. Bu kitab həm də müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər haqqında məlumatlarla zəngindir.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

