/ / Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə məşğul olanlar inzibati, hüquqi məsuliyyət daşıyırlar
Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə məşğul olanlar inzibati, hüquqi məsuliyyət daşıyırlar
07.01.2016 [10:24]
Ermənistan Azərbaycana qarşı müharibəyə başlamağa, gücdən istifadə edərək ölkəmizin ərazilərini işğal etməyə, zəbt olunmuş torpaqlarda kütləvi miqyasda etnik təmizləmə və digər ağır cinayətlər törətməyə görə məsuliyyət daşıyır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və digər ərazilərində Ermənistan tərəfindən özünə tabe qondarma rejim yaradılıb.
Bu fikirləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə əlaqədar AZƏRTAC-ın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: “Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir.
Beynəlxalq hüquqa görə gücdən istifadə edərək ərazi əldə olunması və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğal etməsi müvəqqəti xarakter daşıyır”.
Mətbuat katibi qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və işğal edilmiş digər ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən, kommersiya əlaqələri quran şəxslər və yaxud şirkətlər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, müvafiq qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq inzibati, hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər.
Korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasətinin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edir.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə vətəndaşı, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakes barəsində cinayət işi açılıb. Eyni zamanda, Rusiya vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır.
Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər.
Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb.
İşğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18

