/ / Prezident İlham Əliyev: Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə insanların intellektual potensialıdır
Prezident İlham Əliyev: Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə insanların intellektual potensialıdır
23.01.2016 [11:00]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 26-cı cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Qara Dəniz Təşəbbüs qrupunun üzvləri ilə görüşünə dair materialla başlayır.
Dövlətimizin başçısının sərlövhəyə çıxarılmış fikri Onun Bakının Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində tikilmiş 322 nömrəli orta məktəbin açılış mərasimindəki nitqindən götürülüb. Prezident deyib: “Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə insanların intellektual potensialıdır. Bu da ki, Azərbaycanda var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bizim xalqımızın nümayəndələri bütün sahələrdə çox böyük uğurlar əldə etmişlər. Mən çox istəyirəm ki, indiki səviyyədə, indiki şəraitdə, Azərbaycanın müstəqillik dövründə ölkəmiz daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz yerini möhkəmləndirsin. İndi bu proses gedir və sürətlə gedir. Həm iqtisadi artım, həm siyasi proseslərin müsbət məcrada inkişaf etməsi və həm də ilk növbədə peşəkar kadrların hazırlanması. Bu proses orta məktəbdən başlayır, ondan sonra ali məktəblərdə davam etdirilir.
Bildiyiniz kimi, indi biz ən istedadlı, layiqli tələbələri dövlət xətti ilə xaricə, aparıcı ali məktəblərə oxumağa göndəririk ki, onlar dünyanın ən qabaqcıl təhsil səviyyəsinə çata bilsinlər. Bütün bunlara böyük vəsait lazımdır və bu vəsaiti biz təmin edirik. Çünki bilirik ki, bu, Azərbaycan xalqının gələcəyi, Azərbaycan dövlətinin möhkəmlənməsi məsələsidir. Biz bunu təmin etmək üçün əlimizdən gələni əsirgəmirik ki, doğma Vətənimiz daha da güclənsin, daha da qüdrətlənsin və Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edə bilsin”.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir.
Bu cilddə Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə energetika sahəsində təhlükəsizlik məsələlərinə həsr edilmiş “Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda konfransda və Azərbaycan-Xorvatiya biznes forumunda çıxışları, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının bu qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş görüşdə nitqi və digər materiallar verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Litvaya rəsmi, Rumıniya, Tacikistan və İrana işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələrimiz arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş Xorvatiya Prezidenti Stepan Mesiç və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al-Tani ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, habelə məktubları dərc olunub.
Nəşrdə dövlətimizin başçısının regionların sosial inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar çıxışları, nitq və tövsiyələri və digər materiallar öz əksini tapıb.
Bu cilddə Azərbaycan Prezidentinin, həmçinin Bakıya səfərə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, bəyanatları və s. yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 26-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48

