/ / İsraildə Azərbaycan multikulturalizminə və tolerantlığına həsr edilmiş musiqi klipi təqdim edilib
İsraildə Azərbaycan multikulturalizminə və tolerantlığına həsr edilmiş musiqi klipi təqdim edilib
21.04.2016 [09:56]
Bir neçə gün əvvəl, İsraildə keçirilmiş Azərbaycanın mövqeyinə dəstək nümayişinin başa çatmasından sonra “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tamaşaçılara İsrail ilə Azərbaycanın tərəfdaşlığına, Azərbaycan və yəhudi xalqlarının dostluğuna həsr edilən musiqi klipi təqdim edib.
İsraildə 10 ildən çoxdur yaşayan rejissorun fikrincə, klip və musiqi kompozisiyasının əsas qayəsi Azərbaycan və yəhudi xalqları arasındakı münasibətlərin həqiqi qardaşlıq və tərəfdaşlığa bariz nümunə olmasını dünyaya göstərməkdir.
S.Şükürova deyib: “Azərbaycan Prezidenti bu ili “Multikulturalizm ili” elan edib. Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir. Bununla əlaqədar olaraq, biz, əslən Azərbaycandan olan İsrail sakinləri, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatımız və rəhbərlik etdiyim “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppası qərara aldıq ki, Azərbaycanı - dünyanın ən qonaqpərvər və tolerant ölkəsini dünyaya göstərək. Biz, İsrail vətəndaşları fəxr edirik ki, yəhudilər ta qədimdən Azərbaycan ərazisində yaşayıblar və özlərini burada heç vaxt yad hiss etməyiblər. Tarix boyu yəhudilər azərbaycanlıların yanında olub və bu iki qardaş xalq heç vaxt bir-birinə xəyanət etməyib. 1918-ci ildə erməni daşnakları ilə mübarizədə yəhudilər Qubada azərbaycanlıları dəstəkləyib və həlak olublar. Azərbaycan xalqı yəhudilərin ən çətin anında yəhudi xalqını müdafiə edib, onlara sığınacaq verib”.
S.Şükürova qeyd edib ki, onlar dünyaya göstərmək istəyirlər ki, Azərbaycan torpağında ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yəhudi şəhidlər uyuyur. S.Şükürova deyib: “Biz musiqili təqdimatımızda yəhudi və Azərbaycan xalqlarının dostluq və qardaşlığının həqiqi rəmzinə çevrilmiş Albert Aqarunovun qəhrəmanlığını göstərmişik. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, erməni işğalçılarına qarşı müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov oldu. O, Azərbaycan və yəhudi xalqlarının igidlik rəmzinə çevrilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində hərbi əməliyyatlar zamanı Albert Aqarunov tərəfindən düşmənin xeyli canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Tank komandiri təyin edilmiş Albert Aqarunov tank bölməsi komandirinin əmri ilə 1992-ci il mayın 8-də səhər tezdən Şuşa ətrafında son döyüşə atılıb. Albert İsrail və Azərbaycanın əsl qəhrəmanıdır”.
S.Şükürovanın sözlərinə görə, İsrail-Azərbaycan dostluğuna, Azərbaycanın həmrəylik fenomeninə həsr edilmiş musiqili klip gənc bəstəkar və müğənni İlahə Qismət, şair Nəzmiyyə Hicran, müğənni Araz Həsənoğlunun böyük yaradıcı dəstəyi sayəsində ərsəyə gəlib. Onlar layihənin həyata keçirilməsində ürəkdən çalışıblar.
Sonda “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının rejissoru Səadət Şükürova deyib: “Tezliklə biz bu klipin İsraildə və Azərbaycanda rəsmi təqdimatını təşkil edəcəyik. Ümidvaram ki, bizim klip strateji münasibətləri olan İsrail və Azərbaycan arasında daha bir möhkəm dostluq körpüsü olacaq. Ən başlıcası odur ki, bu münasibətlər arasında çox mühüm faktor - insani əlaqələr var, çünki Azərbaycanda 20 mindən çox yəhudi, İsraildə əslən Azərbaycandan olan 70 mindən çox sakin var. Biz İsrail ilə Azərbaycanın dostluğundan qürur duyuruq və bu dostluğun inkişafı və möhkəmlənməsi, əbədi olması üçün əlimizdən gələni edəcəyik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 16:43
YAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56

