İsmayıl Rüştü Cirit: Naxçıvan qədim tarixə, müasir infrastruktura malik möhtəşəm diyardır
22.04.2016 [10:07]
Naxçıvan Muxtar Respublikası qədim tarixə, müasir infrastruktura və ecazkar təbiət gözəlliyinə sahib olan möhtəşəm bir diyardır. Muxtar respublikanın özünəməxsus iqlimi, təmiz havası və suyu, qədim mədəniyyət abidələri, yaşıllığa bürünən Naxçıvan şəhərinin müasir görkəmi insanı heyran edir.
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit aprelin 20-də Naxçıvan Muxtar Respublikasına səfərindən sonra AZƏRTAC-ın müxbirinə müsahibəsində belə deyib.
O qeyd edib ki, Naxçıvanın şöhrətini dünyaya yayan təbii ehtiyatları arasında Duzdağın müalicəvi duz şaxtaları xüsusi yer tutur. Regionda analoqu olmayan bu müəssisə yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin müalicə mərkəzidir.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini də ziyarət etdiyini deyən İsmayıl Rüştü Cirit bildirib ki, dahi şəxsiyyətin fotoşəkillərinə, Ulu öndərə məxsus şəxsi əşyalara və bir sıra digər qiymətli eksponatlara maraqla baxıb. Ümummilli liderin ictimai-siyasi fəaliyyətindən bəhs edən kitabları nəzərdən keçirib, Azərbaycanın xilaskarının 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid rəsmi sənəd və materiallar, məktublar onun diqqətini xüsusilə cəlb edib.
Qonaq qeyd edib ki, o, Naxçıvandakı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub, Nuh peyğəmbərin məzarüstü türbəsini, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib.
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri deyib: “Naxçıvan diyarı möhtəşəm mədəniyyət, dini memarlıq və ecazkar məqbərə qüllələri ilə zəngindir. Bu diyarda həm də Əshabi-Kəhf ziyarətgahı yerləşir. Müqəddəs “Qurani-Kərim”də Əshabi-Kəhflə bağlı ayələrin mövcud olduğu məlumdur. Buradakı din alimləri Qurani-Kərimdə adı çəkilən həmin məkanın, həqiqətən də Əshabi-Kəhf olması ehtimalının yüksək olduğunu vurğuladılar. Onu bildirmək istəyirəm ki, Əshabi-Kəhf ziyarətgahında çox möhtəşəm təbiət mənzərəsi, insanın ruhuna rahatlıq bəxş edən mənəvi atmosfer mövcuddur. Naxçıvana səfər etdiyimə görə çox məmnunam. Çünki mənim atalarım da vaxtilə Naxçıvandan Anadoluya köç ediblər. Bu mənada Naxçıvan mənim ata yurdumdur. Ata yurdumun bu qədər gözəl və möhtəşəm olduğunu görüb çox sevindim”.
Muxtar respublikanın iqtisadi cəhətdən xeyli inkişaf etdiyini vurğulayan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri deyib: “Naxçıvan Biznes Mərkəzində olarkən muxtar respublikada istehsal olunan çoxsaylı sənaye və kənd təsərrüfatı məhsullarının sərgiləndiyini gördük. Bizə məlumat verildi ki, burada hazırda 86 müəssisənin 300-dən çox növdə və 1000-ə yaxın çeşiddə məhsulu nümayiş olunur. Bu, çox müsbət haldır. Naxçıvanın özünü ərzaq və istehsalat məhsulları ilə təmin etməsi böyük əhəmiyyət kəsb edir. Çünki muxtar respublika bu gün də blokada şəraitində yaşayır”.
Xəbər lenti
Hamısına baxSiyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31

