AHİK-in nümayəndə heyəti Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclasında iştirak edib
25.04.2016 [09:09]
Aprelin 21-22-də Moskvada Həmkarlar İttifaqlarının Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının növbəti iclasları keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
İclaslara Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov sədrlik edib.
İcraiyyə Komitəsinin aprelin 21-də keçirilən iclasında ÜHİK Şurasının qərar layihələrinin, o cümlədən, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının ratifikasiyası və onlara riayət olunması, ÜHİK-in Nizamnaməsinə dəyişikliklər edilməsinə dair Konfederasiyanın İcraiyyə Komitəsinin Komissiyasının təklifləri, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 25 illiyinə hazırlıq, 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı ÜHİK-in bəyanatı və digər məsələlər müzakirə edilib.
ÜHİK Şurasının aprelin 22-də keçirilən iclasında Şuranın üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və yeni üzvlərinin təsdiq edilməsi, ÜHİK İcraiyyə Komitəsinin 2015-ci ilin aprelindən 2016-cı ilin aprelinədək keçən dövrdə fəaliyyəti barədə məlumat, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında, zəhmətkeşlərin beynəlxalq həmrəylik günü olan 1 May bayramı ilə əlaqədar ÜHİK-in müraciəti və digər məsələlərin müzakirəsi keçirilib.
ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti iştirak edib. İclaslarda nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edib.
ÜHİK-in İcraiyyə Komitəsinin iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının ratifikasiyası və onlara riayət olunması” mövzusu ilə bağlı çıxışında S.Mehbalıyev bildirib ki, 2016-cı ilin yanvarına olan vəziyyətə görə, Azərbaycan BƏT-in 58 Konvensiyasını ratifikasiya edib. Bu günə qədər BƏT-in ÜHİK-in siyahısında göstərilmiş sosialyönümlü 11 konvensiyasından 6-sı təsdiq edilib. Digərlərinin ratifikasiya olunması ilə bağlı işlər davam etdirilir. Ratifikasiya olunmuş konvensiyaların əksər müddəaları Azərbaycan Respublikasının Əmək, Mülki, Cinayət, İnzibati Xətalar məcəllələrində, Müflisləşmə haqqında qanunda öz əksini tapıb.
AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycanda miqrantların hüquqları beynəlxalq hüququ ölkənin hüquq sisteminin bir hissəsi elan edən Azərbaycan Respublikası Konstitusiyası ilə möhkəm qorunur. Azərbaycan həmkarlar ittifaqları “Əməkçi miqrantların sosial-iqtisadi hüquqlarının qorunması üzrə fəaliyyət Proqramı” adlı uzunmüddətli sənəd qəbul edib. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər, “Azərbaycanda əməkçi miqrantlar” yaddaş kitabçası hazırlanıb nəşr edilib, KİV-ə, sosial şəbəkələrə göndərilib, əlaqə telefonları fəaliyyət göstərir.
S.Mehbalıyev qeyd edib ki, BƏT-in muzdlu işçilərin təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüquqlarını qoruyan və artıq respublikamızda ratifikasiya edilən 87,88 saylı konvensiyalarının yerinə yetirilməsində ciddi pozuntular mövcuddur. Həmin konvensiyaların tətbiq edilməsində yol verilən pozuntulara daha çox transmilli şirkətlərdə və iri biznes müəssisələrində rast gəlinir. Həmin müəssisələrdə işəgötürənlər qanunvericilikdəki boşluqlardan istifadə edərək hər vasitə ilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına, kollektiv danışıqların aparılmasına əngəl törədir, həmkarlar ittifaqı sıralarına cəlb olunmaq üçün təşkilatçılıq işləri aparan işçiləri təqib edirlər.
S.Mehbalıyev ÜHİK Şurasının aprelin 22-də keçirilən iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında” mövzusunda çıxış edib. AHİK sədri bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır. Bizim nümayəndələrimiz Azərbaycanın sosial-iqtisadi və ictimai inkişafını formalaşdıran müxtəlif dövlət və ictimai qurumlarının tərkibinə daxildir. İqtisadi böhran şəraitində işəgötürənin əmək müqaviləsi şərtlərini yerinə yetirməsini diqqətlə izləmək lazım gəldiyi bir zamanda kimsə işçilərə başa salmalıdır ki, işəgötürənlə problemlər yarandıqda onlar nə etməlidirlər və hiss etməlidirlər ki, tək deyillər. Bunu edən isə həmkarlar ittifaqıdır. O, AHİK İcraiyyə Komitəsinin 2016-cı ilin martında keçirilən iclasında sosial tərəfdaşlıq sisteminin artmaqda olan rolunu qeyd edib. Diqqətə çatdırıb ki, bu tərəfdaşlıq çərçivəsində böhranın səbəb və miqyasını obyektiv təhlil etmək lazımdır. Hər bir həmkarlar ittifaqı təşkilatı işəgötürənlərlə birlikdə mövcud resursları hərtərəfli ölçüb-biçməli, ardıcıl iqtisadi inkişafa nail olmaq üçün həmin resurslardan səmərəli istifadə etməlidir. Bəzən işəgötürənlər biznes strategiyasındakı çatışmazlıqlarını işçilərin çiyinlərinə yükləməyə, onların əməkhaqlarını, sosial təminatlarını aşağı salmağa çalışırlar. Bu günlərdə 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalandı. Hesab edirik ki, sosial tərəfdaşlar Sazişin şərtlərini yerinə yetirərkən ölkənin əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən yerinə yetirilməsinə nəzarəti daha da gücləndirəcəklər.
S.Mehbalıyev Baş Kollektiv Sazişin şərtlərini yerinə yetirərkən müəssisələrdə gəlirlərin işəgötürənlə işçi arasında ədalətli bölüşdürülməsini, işçi qüvvəsinə tələbatı formalaşdıran ümumi iqtisadi siyasətin həyata keçirilməsini, qeyri-formal sektorda işləyənlərin tədricən formal sektora keçirilməsini, əmək münasibətlərinin leqallaşmasını, kiçik və orta müəssisələrin, fermer təsərrüfatlarının potensial yeni iş yerləri mənbələri kimi inkişafına hər cür kömək göstərilməsini, iqtisadiyyatın bu kateqoriyadan olan işçilərinin həmkarlar ittifaqına cəlb edilməsini, həmkarlar ittifaqlarının qadın və gənclərin məşğulluğu üzrə məqsədli proqramların və tədbirlərin həyata keçirilməsində fəallığının artırılmasını, onların əmək bazarında mövqelərinin qorunmasını, iş yerlərində ayrı-seçkiliyə yol verilməməsini, regionlarda məşğulluğun artmasına kömək göstərilməsini iqtisadi böhran şəraitində həmkarlar ittifaqlarının əsas vəzifələri kimi iclas iştirakçılarının nəzərinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

