Bakı Forumu Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqidir
27.04.2016 [10:14]
Beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Piter Tase ilə AZƏRTAC-da keçirilən görüşdə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün əlverişli platforma olduğu vurğulanıb
“Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanın dünyada gündən-günə artan nüfuzunu bir daha təsdiqləyir. Bu Forumda müzakirə olunan məsələlər qlobal əhəmiyyətə malikdir”.
Bu fikirləri ABŞ-ın “Eurasia Review” jurnalının əməkdaşı, beynəlxalq əlaqələr üzrə ekspert Piter Tase aprelin 26-da AZƏRTAC-da keçirilən görüşdə deyib.
Azərbaycan ilə ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın davam etdirildiyini bildirən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətinə toxunub. Görüşdə Ümummilli lider Heydər Əliyevin müdrik zəkası və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük uğurlar xüsusi vurğulanıb. Habelə Prezident İlham Əliyevin bu yaxınlarda ABŞ-a məzmun, forma və status etibarilə fərqlənən tarixi səfərinin, Dördüncü Nüvə Təhlükəsizliyi Sammiti zamanı keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu səfər və keçirilən görüşlər strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına töhfə verib və iki ölkənin əslində nə qədər yaxın olduğunu bir daha göstərib.
Baş direktor BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda dünyanın 140-dan çox ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyini diqqətə çatdırıb, tədbirin Azərbaycan ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün əlverişli platforma olduğunu vurğulayıb.
Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda gündən-günə güclənən mövqeyi ilə bağlı məlumatların ABŞ ictimaiyyətinə bundan sonra da obyektiv şəkildə çatdırılmasında səylərini əsirgəməyəcəyini deyən Piter Tase ölkəmizin Avropaya, dünyaya inteqrasiya etdiyinin danılmaz fakt olduğunu bildirib.
Qonaq deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasətinin nəticəsidir ki, ölkəniz bu gün dünyanın ən mötəbər qurumlarında uğurla təmsil olunur. Mən ölkənizin xarici siyasətinin təbliğ olunmasında fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”.
Azərbaycanda söz və informasiya azadlığının tam təmin olunduğunu, ölkəmizdə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə tənzimləndiyini təqdir edən ekspert bu sahədə görülən işləri yüksək qiymətləndirib.
Görüşdə Piter Tasenin Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatla bağlı ABŞ mətbuatında dərc etdiyi məqalələrdən söhbət açılıb. Baş direktor əsl həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasında göstərdiyi səylərə və obyektiv mövqeyinə görə ekspertə minnətdarlığını bildirib.
Söhbət zamanı birgə fotoalbom və kitabların nəşr edilməsi, qarşılıqlı tədbirlərin keçirilməsi, müştərək videolayihələrin hazırlanması ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Sonda Piter Tase bu yaxınlarda ABŞ-da ingilis dilində nəşr olunmuş “Naxçıvanın qədim abidələri və xəzinələri” kitabını AZƏRTAC-a hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32

