/ / Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib
27.05.2016 [10:10]
Mayın 23-25-də Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin VII beynəlxalq görüşü keçirilib. Tədbirdə dünyanın 75 ölkəsinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşün açılışında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və Şimali Qafqaz Federal Dairəsində Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Melikov çıxış ediblər.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT Təhlükəsizlik Şurasının Antiterror İcraiyyə Komitəsinin icraçı direktorunun müavini Veytszonq Çen Rusiya Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gİ Munun təbrik məktublarını oxuyublar.
Görüşdə dünyanın müxtəlif regionlarında ekstremizmə və terrorizmə qarşı mübarizə, miqrasiya prosesləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sisteminin formalaşması ilə əlaqədar məsələlər regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə olunub.
Görüşdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məruzələrlə çıxış edib.
Prezident Administrasiyasının rəhbəri məruzələrində Azərbaycanın terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində müsbət təcrübəsini, habelə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb. Vurğulanıb ki, bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə diqqət mərkəzində və nəzarətindədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, habelə Belarus, Macarıstan və Rumıniya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdə Azərbaycan ilə Çeçenistan arasında dostluq münasibətləri xüsusi qeyd edilib, bu münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə təhlükəsizlik şuraları xətti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28

