/ / Azərbaycanın praqmatik xarici siyasət kursu Qərbin aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir
Azərbaycanın praqmatik xarici siyasət kursu Qərbin aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir
10.06.2016 [09:56]
Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq ABŞ, Böyük Britaniya, Almaniya və Fransa tərəfindən siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli hesab edilir
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün xarici siyasət kursunun həyata keçirilməsidir.
Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir
Ümumiyyətlə, xarici siyasət kursunun səmərəliliyi müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil kimi çıxış edir. Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Qərb dövlətlərinin müsbət beynəlxalq imicə malik Azərbaycanla əməkdaşlığa olan yüksək marağı da ayrıca qeyd edilməlidir.
Qərbin dörd əsas ölkəsindən üçü Azərbaycanın mütərəqqi strateji kursunu xüsusi olaraq təqdir etdi
Bəlli olduğu kimi, cari ilin 6-7 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində kansler Angela Merkellə, Almaniya siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə görüşlər keçirib, Azərbaycan-Almaniya İqtisadi Forumunun işində iştirak edib. Görüşlərdə ölkəmizin təşəbbüsü ilə reallaşan nəqliyyat dəhlizləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, yoxsulluğun azaldılması və multikulturalizmin təbliği istiqamətində Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa İttifaqı, o cümlədən Azərbaycan-Almaniya əlaqələri barədə, həmçinin ölkəmizlə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, “Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, həmçinin Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib. Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib. Digər tərəfdən, Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlar təqdir edilib.
Buna paralel olaraq Almaniyaya baş tutmuş səfər ərəfəsində Bakıda keçirilən “XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisinə göndərdiyi təbrik məktubunda ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirib. B.Obama Azərbaycan Prezidentinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi, şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini deyib. O qeyd edib ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron isə təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirib. Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulayıb. Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib, mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi dəyərləndirib.
Beləliklə, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilir. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasəti də xüsusi vurğulanır. Onun sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların dəstəkləndiyi qeyd edilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə lüzum yoxdur.
Azərbaycanın geostrateji əhəmiyyəti və perspektivi Qərb tərəfindən yüksək qiymətləndirilir
Dolayısıyla, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Qərb üçün xüsusi əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Qərb üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Ölkəmiz həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Qərb ölkələrinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Beləliklə, sadalananların fonunda Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər” barədə səsləndirilən fikirlərin reallığa söykənmədiyi ortaya çıxır. Səfər ərəfəsində opponentlərin Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırması, “Milli şura”ya yaxınlığı ilə tanınan bir qrup “siyasi mühacir”in səfər zamanı erməni separatçıları ilə birgə etiraz aksiyası keçirməsi isə həmin qüvvələrin antimilli mövqeyə yuvarlanmasını göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

