Rufiz Qonaqov: Qaregin Njdeyə heykəl qoymaqla Ermənistan əsl mahiyyətini göstərdi
21.06.2016 [10:09]
Ermənistanın paytaxtı İrəvanda II Dünya müharibəsi dövründə Hitlerlə əlbir olan, faşist Almaniyası ilə birgə döyüşərək minlərlə insanı məhv edən erməni döyüşçü Qaregin Njdeyə heykəl qoyulub. Heykəlin açılışında prezident Serj Sarkisyan da iştirak edib. Rusiya rəsmiləri nasizmlə əməkdaşlıq etmiş bir insana İrəvanda heykəl qoyulmasını anlaşılmaz adlandırıblar və Ermənistanı bu hərəkətinə görə sərt tənqid ediblər.
Öz növbəsində məsələyə münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov nasizmlə əməkdaşlıq etmiş bir insana İrəvanda heykəl qoyulmasının Ermənistanın əsl mahiyyətindən xəbər verdiyini deyib: “Qaregin Njdeyin fəaliyyətinə nəzər saldıqda onun psixoloji durumu yerində olmayan bir qaniçən, cani olduğu məlum olur. O, İran, Rusiya, Bolqarıstan, Qafqaz, Şərqi Anadolu, o cümlədən Azərbaycanda qətliamlar törətmiş birisidir.
Njde Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə də tanınıb. Terrorçunun əsas fəaliyyəti Rusiya əleyhinə yönəlib. O, İkinci Dünya müharibəsində Rusiyanın məğlub olması üçün faşistlərlə yaxından əməkdaşlıq edib. Ruslar onu Bolqarıstanda həbs edərək SSRİ-yə gətiriblər. Njde həbsxanada vərəm xəstəliyindəm məhv olub. Belə bir adama heykəl qoymaq XXI əsrdə demokratiyanı, humanizmi ayaqlar altına atmaq deməkdir”.
R.Qonaqov hesab edir ki, indiki Ermənistan rəhbərliyi erməni terrorçusunu qəhrəman, hərbi xadim kimi dünyaya sırımaq istəyirsə, bu alınmayacaq: “Əslində, Ermənistanın bu hərəkəti bizi təəccübləndirmir. Çünki əlaltıya çevrilmiş bu dövlət terror üzərində qurulub. Sərkisyan iqtidarı da ölkədə terror törədərək hakimiyyətə gəlib. Təsadüfi deyil ki, Çar Rusiyasının dövründə nəşr olunan qəzetlərdə belə yazılırdı: “Erməni cəmiyyəti terrorçudan başqa bir tip hazırlamamışdır”. Belə bir dövlətdən Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe, humanizm, beynəlxalq hüquqa sayğı gözləmək sadəlövhlükdən başqa bir şey deyil”.
BMAM sədri bildirib ki, indi dünya Ermənistanı daha yaxşı tanımalı və işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün təzyiqləri gücləndirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

