Şahbuz rayonunun Kiçikoba kəndində quruculuq işləri aparılıb
30.08.2016 [09:46]
Bu gün ölkəmizin iqtisadi gücü onun hər bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür. Şəhər və kəndlərdə yaradılan infrastruktur, tikilən sosial obyektlər insanların rahat yaşayışının təmin olunmasına xidmət edir. Hər il muxtar respublikanın kəndlərində geniş tikinti quruculuq işləri aparılır. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə Naxçıvan kəndlərini abadlığa, müasirliyə qovuşdurub. Həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilib.
Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulub
Hər bir yaşayış məntəqəsinin inkişafında başlıca amil yol infrastrukturudur. Ona görə Naxçıvanda magistral və kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Məlumat verilib ki, 4150 metr uzunluğunda kənd yolları genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 49 su keçidi, 1 selötürücü və beton kanal tikilib. Yolun yenidən qurulması Kiçikoba və Daylaqlı kəndləri arasında təhlükəsiz və rahat hərəkətin təmin olunmasına imkan verəcəkdir.
Kiçikobada yeni kənd mərkəzi tikilib
Avqustun 29-da Kiçikoba kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.
İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılıb, lazımi şərait yaradılıb. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-mama məntəqəsi yerləşir.
Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanıb. Bildirilib ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur, sahələrdən bol məhsul götürülür. Yaradılan şərait məskunlaşmanı artırıb. Hazırda kənddə 4 yeni mənzil tikilir.
Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılıb, lazımi tibbi avadanlıqlar qoyulub. Məntəqə ilə tanışlıq zamanı kənd sakinlərinin, xüsusilə hamilə qadınların və uşaqların sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verilib.
Kənddə yeni xidmət mərkəzi istifadəyə verilib
Həmin gün Kiçikoba kəndində yeni xidmət mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 3 nəfər işlə təmin olunub. Bildirilib ki, mağazada yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir, sakinlərin gündəlik tələbatı nəzərə alınır.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri kənddə aparılan quruculuq işlərinə görə sakinləri təbrik edərək deyib: “Kiçikoba və Daylaqlı kəndləri bir inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə edirlər. Ötən il Daylaqlı kəndində quruculuq işləri aparılmışdır. Bu il isə Kiçikoba kəndində yeni sosial obyektlər tikilmiş, kənd abadlaşdırılmışdır. Həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər iki kəndə yeni içməli su xətləri çəkilmiş, mənzillər daimi və keyfiyyətli içməli su ilə təmin olunmuşdur”.
Ali Məclisin Sədri deyib: “Kiçikoba kəndinin təbii şəraiti burada müxtəlif təsərrüfat sahələrinin - maldarlığın, heyvandarlığın, bağçılığın və əkinçiliyin inkişaf etdirilməsinə imkan verir. Rayon mərkəzinə yaxın ərazidə yerləşməsi isə istehsal olunan məhsulların rahat formada bazara çıxarılmasına şərait yaradır. Kənddə abad yol, müasir məktəb binası, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq və feldşer-mama məntəqəsi, içməli və suvarma su təminatı vardır. Əhaliyə dayanıqlı enerji və rabitə xidməti göstərilir. Təsərrüfatların inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən kreditlər verilir. Bir sözlə, Kiçikoba kəndində aparılan quruculuq işləri və yaradılan şərait bir kəndin timsalında müasir Azərbaycan kəndinin inkişafını göstərir. Kənddə həyata keçirilən tədbirlər imkan verəcəkdir ki, sakinlər ölkəmizin inkişafına öz töhfələrini versinlər. Bunun üçün təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, məskunlaşma artmalı, uşaqlar yaxşı təhsil almalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kəndin abadlığı daha da artırılmalıdır”.
Ali Məclisin Sədri kəndin zəhmətkeş insanlarının göstərilən dövlət qayğısından səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb.
Kənd sakini İsmayıl İsmayılov minnətdarlıq edərək deyib: “Kiçikoba kəndində geniş quruculuq işləri aparılıb. Yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Əhalinin içməli, təsərrüfatların isə suvarma suyuna olan tələbatı tam ödənilib. Dayanıqlı elektrik enerjisindən, təbii qazdan və rabitə xidmətindən istifadə edirik. Bu abadlıq insanların rahat yaşamasına, təsərrüfatla məşğul olmasına geniş imkanlar açır. Sakinlər kənddə görülən quruculuq işlərini, yaradılan şəraiti ölkəmizdə insan amilinə verilən qiymət kimi dəyərləndirirlər. Çalışacağıq ki, kəndimizin abadlığını qoruyub saxlayaq, ölkəmizin inkişafına öz töhfəmizi verək”.
* * *
Kiçikoba kəndində quruculuq işləri aparılarkən rabitə, elektrik və qaz xətləri də yenilənib. Kənddə 400 metr müxtəlif tutumlu rabitə xətti, 800 metr elektrik xətti, 510 metrlik qaz xətti çəkilib, rabitə və elektrik dirəkləri dəyişdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

