“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz ikinci cildi çapdan çıxıb
18.10.2016 [10:03]
“Biz ölkəmizi qorumalıyıq, Azərbaycanın müstəqilliyini qorumalıyıq, möhkəmləndirməliyik, ölkəmizin milli maraqlarının təmin olunması üçün nə lazımdırsa, onu da edəcəyik və edirik. Hər bir atılan addım istər daxildə, istərsə də bölgədə Azərbaycanı gücləndirir. Bizim bölgədə mövqelərimiz böyük dərəcədə möhkəmlənibdir.
Azərbaycan bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artır. Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah içərisində yaşamalıdır”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 32-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2008-ci il sentyabrın 7-də Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev seyrəngahı ilə tanışlıq zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin avqust-sentyabr aylarını əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Rumıniya Prezidenti Trayan Besesku, Türkiyə Prezidenti Abdullah Gül və Özbəkistan Prezidenti İslam Kərimovla keçirdiyi görüş və danışıqlara, bu ölkələrlə ikitərəfli əlaqələrin inkişafı üçün bağlanan müqavilələrə, habelə İran, Macarıstan, Türkiyə, Yunanıstan, ABŞ və digər ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib. Kitabda Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri zamanı keçirdiyi görüş və danışıqlara aid materiallar da yer alıb.
Bu cilddə, həmçinin dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı Xızı, Salyan, Cəlilabad, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ rayonlarına səfərləri zamanı bu bölgələrin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri və ictimaiyyət nümayəndələri ilə görüşlərinə, Bakıda və Sumqayıtda aparılan tikinti-quruculuq işlərinə, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurma işlərindən sonra açılışında iştirakına aid materiallar toplanıb.
Nəşrdə Prezident İlham Əliyevin “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya, əməkdaşlığın strategiyası” Beynəlxalq Konfransının, “Rus icması - 15 illik yol” konfransının, Dünya Gənclərinin IV Məşğulluq Sammitinin iştirakçılarına müraciətləri, habelə bəyanatları, məktubları da yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 32-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55

