/ / “Ukrinform”un saytında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi haqda material dərc olunub
“Ukrinform”un saytında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi haqda material dərc olunub
22.10.2016 [00:42]
Ukrayna Milli İnformasiya Agentliyi (“Ukrinform”) öz saytında “Azərbaycan: demokratiya, tərəqqi və firavanlıq yollarında” sərlövhəli material dərc olunub.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş bu məqalənin müəllifi - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadədir. Müəllif bu əlamətdar hadisənin tarixindən söhbət açaraq vurğulayır ki, 25 il bundan əvvəl məhz oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.
Materialda daha sonra qeyd edilir ki, bu sənəd Azərbaycan xalqının hələ 1918-ci ilin mayında elan etdiyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün hüquqi əsas olub. Konstitusiya Aktının preambulunda xüsusi vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.
AZƏRTAC-ın xüsusi müxbiri xatırladır ki, bu tarixi hadisədən 25 il keçib. Bu gün Azərbaycan bu əlamətdar yubileyi güclü iqtisadiyyata və yüksək siyasi nüfuza malik olan, sabitliyin hökm sürdüyü bir ölkə kimi qeyd edir, öz uğurlarına yekun vurur və bu uğurlara görə haqlı olaraq fəxr edir.
Materialın sonunda vurğulanır: “Bu il sentyabrın 26-da ölkəmizin tarixində çox mühüm bir hadisə oldu - Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair ümumxalq səsverməsi (referendum) keçirildi.
Azərbaycan öz Konstitusiyasına dəyişikliklər edəndən sonra demokratiya, tərəqqi, Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının bütün sahələrində dərin islahatlar yolunda uğurlu irəliləyişi davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxElm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30

