/ / Fransanın “L’Etincelle” jurnalında dərc olunan məqalədə multikulturalizmin Azərbaycan modelindən bəhs edilir
Fransanın “L’Etincelle” jurnalında dərc olunan məqalədə multikulturalizmin Azərbaycan modelindən bəhs edilir
16.11.2016 [09:39]
Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyasının sədri Jan-Pyer Allalinin Azərbaycanın yəhudi icmasına həsr etdiyi iki hissədən ibarət məqaləsi “L’Etincelle” (“Qığılcım”) jurnalında dərc edilib.
Müəllif Azərbaycanda əsrlərdən bəri möhtəşəm tolerantlıq və multikulturalizm modeli qurulduğunu yazır. O, Azərbaycanın coğrafi cəhətdən tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayır.
Məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.
Müəllif Azərbaycanda yəhudilər, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlar, qrızlar kimi etnik qrupların məskunlaşdıqlarını vurğulayır. Bu etnik qrupların öz mədəniyyətlərini, dillərini, adət-ənənələrini qoruyub saxladıqları diqqətə çatdırılır. Bunun məişətdə, incəsənətdə, mətbəxdə və müxtəlif mərasimlərdə özünü göstərdiyi bildirilir.
Müəllif yəhudilərin Azərbaycanda əsrlərdən bəri yaşadıqlarını vurğulayır və onların ölkəmizdə məskunlaşma tarixindən bəhs edir.
Yəhudilərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan söz açan müəllif Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sovetlər tərəfindən milliləşdirilmiş üç sinaqoqun və yəhudi kollecinin yəhudi icmasının ixtiyarına verildiyini xatırladır. Jan-Pyer Allali yazır ki, 1993-cü ildə İsrail və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından sonra hər iki ölkə möhkəm ikitərəfli münasibəti qoruyub. Məqalədə Azərbaycan və İsrail arasında əməkdaşlığın dərin köklərinin olduğu, yəhudilərin Azərbaycanın elm, mədəniyyət, səhiyyə, iqtisadiyyat sahələrinin inkişafına töhfə verdiyi bildirilir. Hazırda Azərbaycanda ivrit dilinin kollec və universitetlərdə tədris edildiyi, 2014-cü ildə Bakıda İsrailin Hayfa Universiteti və Azərbaycan Dillər Universiteti arasında saziş imzalandığı diqqətə çatdırılır.
Məqalədə beynəlxalq məsələlər üzrə tanınmış ekspert Arye Qutun “Azərbaycanda heç vaxt antisemitizm olmayıb” fikri də yer alıb.
Müəllif son illər ərzində Avropadakı plüralist cəmiyyətlərdə dözümsüzlük, etnik və dini ekstremizmin artmasının məsul şəxsləri bu sahədə müəyyən ölçülər götürməyə vadar etdiyini, insanların köklərinə, milli kimliyinə və dini mənsubiyyətinə görə hədəf alınmasının adi hala çevrildiyini qeyd edir. O, yazır: “Biz dini tolerantlıq və müxtəlif dinlərdən olan insanların sülh içərisində yaşayışı haqqında düşündükdə adətən Kanada, Avstraliya və yaxud İsveçrə kimi böyük dini müxtəlifliyin mövcud olduğu və dini qruplar arasında gərginliklərin qarşısını alan vətəndaş hüquqlarının yüksək səviyyədə qorunduğu zəngin və inkişaf etmiş ölkələrə nəzər yetiririk. Lakin siz Azərbaycana səfər etsəniz görəcəksiniz ki, bura müxtəlif etnos və dinlərin evidir və Şərqlə Qərb arasındakı körpüdür, qısaca olaraq multikulturalizm diyarıdır”.
Jan-Pyer Allali 2014-cü ildə Sərhədsiz İnsan Hüquqları təşkilatı tərəfindən Avropa Parlamentinə təqdim edilən “Azərbaycan - etnik müxtəliflik, dinc yaşayış və dövlət idarəçiliyi” adlı məlumatı xatırladır. O, Azərbaycanı müsəlmanların üstünlük təşkil etdiyi, ekstremizmə qarşı olan, dini dəyərlərin qorunması və inkişafı üçün tam dəstək verən dünyəvi dövlət nümunəsi adlandırır. Vurğulayır ki, Azərbaycandakı milli azlıqların milli və mədəni hüquqlarının, dini dəyərlərinin qorunması dövlət siyasətinin tərkib hissələrindən biridir. Ölkədə diskriminasiyaya məruz qalan etnik və ya dini azlıq mövcud deyil.
Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Azərbaycan hökuməti multikulturalizmi təbliğ etmək üçün bütün lazımi tədbirləri görüb.
Müəllif, həmçinin son illərdə Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayır.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

