/ / Dünya Bankının nümayəndələri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrlə tanış olublar
Dünya Bankının nümayəndələri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrlə tanış olublar
16.11.2016 [09:42]
Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə işlərin həyata keçirildiyi yerlərə baş çəkdikdən sonra noyabrın15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ilə görüşüblər.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Robert Vrobel səfər proqramı çərçivəsində Mingəçevir, Gəncə, Yevlax və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olduqlarını söyləyib. O, həmçinin gəlirgətirmə ilə bağlı Ağdam rayonunun Qərvənd kəndində həyata keçirilən işləri xüsusi qiymətləndirib. Burada insanlar bir araya gəlib qrup halında işləyirlər. Bunun nəticəsində isə 260-dan çox MMC yaranıb ki, bu da daha çox iş yerlərinin açılmasına şərait yaradır. Robert Vrobel qeyd edib ki, gənclərə dəstək layihəsində isə gənclər tərəfindən informasiya texnologiyaları, müxtəlif peşə sahələri və xidmət sahələrində 20-ə yaxın biznes sahələri yaradılıb və icraçı təşkilatlar yüksək səviyyədə işləyirlər. O, İndoneziyada da işlədiyini, lakin Azərbaycanda bu sahədə qazanılan uğurları görməyin daha ürəkaçan olduğunu deyib.
Robert Vrobel regionlara səfəri zamanı məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə yaradılmış şəraiti yüksək qiymətləndirib. O, bu günlərdə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün daha bir yeni qəsəbənin açılışı münasibətilə Azərbaycan hökumətini təbrik edib.
Robert Vrobel həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanada işlər görüldüyünü bildirib. Eyni zamanda, gələcəkdə bu yataqxanalarda yaşayan məcburi köçkünlərin gəlir imkanlarının artırılması və məşğulluğunun təmin olunması istiqamətində müzakirələr aparılmasını təklif edib.
Görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib, bundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaq.
Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirib və bu cür səfərlərin tez-tez baş tutmasının vacibliyini vurğulayıb.
Əli Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlirgətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.
Baş nazirin müavini Əli Həsənov məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmış səylərin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi həyata keçirilən layihələrlə bağlı müxtəlif suallarla müraciət edib və onları maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

