NATO Parlament Assambleyasının 62-ci sessiyası başa çatıb
22.11.2016 [10:19]
Sessiyanın qətnaməsində suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa yer alıb
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası noyabrın 21-də işini başa çatdırıb.
Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxil olublar.
Sessiyanın sonuncu günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq, NATO PA-nın prezidenti Maykl Turner, ATƏT PA-nın prezidenti xanım Kristin Muttonen və digərləri çıxış ediblər. Sonra Yens Stoltenberq iştirakçıların suallarını cavablandırıb.
Nümayəndə heyətimizin üzvü Siyavuş Novruzov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, təcavüzkar ölkənin qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları və mövzuya dair digər məqamlarla bağlı geniş məlumat verib, NATO baş katibinə müvafiq suallar ünvanlayıb.
Dörd gün davam edən sessiyada müzakirələr Parlament Assambleyasının siyasət, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, təhlükəsizliyin mülki sahələri, elm və texnologiyalar komitələrində aparılıb. Müzakirələr “Terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi”, “NATO və hərbi dəniz qüvvələrinin gələcəyi”, “Hücumların qarşısının alınmasında NATO-nun yeni vəzifələri”, “Transatlantik təhlükəsizliyə büdcə təsirlərindən doğan yeni çağırışlar”, “İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyalar”, “NATO-nun qətiyyətli dəstək missiyası”, “Əfqanıstanda NATO-nun qətiyyətli dəstək missiyası”, “Kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu” və s. mövzuları əhatə edib.
Məruzələr ətrafında çıxışlarda ölkələrin ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, münaqişələrin qarşısının alınması, qaçqın və məcburi köçkünlərin zəruri ehtiyaclarının ödənilməsi, onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi, bu qəbildən olan insanların hüquqlarının qorunması, ayrı-seçkilik hallarına, həmçinin terrorçuluğun bütün növlərinə qarşı mübarizədə ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir imkanlarının genişləndirilməsi yolları müzakirə olunub.
Müzakirələrdə fəal iştirak edən deputatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı terror aktlarının acı nəticələri və digər məsələlər barədə ətraflı məlumat veriblər. İclaslarda dəfələrlə vurğulanıb ki, müasir dövrdə beynəlxalq məsələlərlə bağlı ədalətsizliklərin əsasını dünyadakı ikili standartlar təşkil edir.
Sessiyada təşkilati məsələlərə da baxılıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin üzvü Mətin Lütfi Baydar assambleya prezidentinin müavini seçilib.
NATO Parlament Assambleyasının 62-ci sessiyasının qətnaməsində bütün suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

