Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirləri dünya KİV-lərində
23.11.2016 [09:38]
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə noyabrın 16-18-də Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Sinxua (Çin), ANSA, AGI (İtaliya), Yonhap (Koreya Respublikası), Anadolu (Türkiyə), TASS (Rusiya), AGERPRES (Rumıniya), HINA (Macarıstan), BNA (Bəhreyn), SPA (Səudiyyə Ərəbistanı), WAM (Birləşmiş Ərəb Əmirlikləri), QNA (Qətər), KUNA (Küveyt), Belta (Belarus), Kabar (Qırğızıstan), İRNA (İran) agentliklərinin, eləcə də TRT televiziya kanalının yaydıqları xəbərlərdə V Konqresdə və XVI Baş Assambleyada müzakirə olunan aktual məsələlərə, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərin birgə açılış mərasimindəki nitqinə, dövlət başçısının iştirakçıların bir qrupu ilə görüşünə geniş yer verilib.
Dünyanın aparıcı KİV-lərinin yaydıqları xəbərlərdə Bakı Konqresində və OANA-nın XVI Baş Assambleyasında müasir jurnalistikanın üzləşdiyi çağırışlar, yaranmış problemlərin birgə həlli yolları, yeni texnologiyaların imkanları, xəbər agentliklərinin innovasiyası, ənənəvi medianın transformasiyası, xəbər istehlakının gələcəyi kimi çox vacib mövzularda faydalı müzakirələrin aparıldığı, kreativ ideyaların səsləndirildiyi, təkliflərin irəli sürüldüyü diqqətə çatdırılır. Dünyanın beş qitəsindən 130-dan çox informasiya agentliyinin rəhbərlərinin Bakıda birgə fikir və təcrübə mübadiləsi aparması, eyni zamanda, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından bu tədbirlərin önəmi qeyd edilir.
İstisnasız olaraq bütün xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin V Konqresin və XVI Baş Assambleyanın birgə açılış mərasimindəki nitqindən sitatlar gətirilir, dövlət başçısının çox aktual məsələlərə toxunduğu vurğulanır.
Həmçinin tədbirlər çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın IP agentlikləri və Bəhreyn Xəbər Agentliyi arasında əməkdaşlıqla bağlı sənədlərin imzalandığı barədə məlumat verilir. Bildirilir ki, AZƏRTAC eyni vaxtda həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik edəcək.
İştirakçılara istinadla tədbirlərin Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən yüksək səviyyədə təşkil edildiyi qeyd olunur.
Məşhur “Getty Images” və Avropa Pressfoto agentlikləri isə öz saytlarında Bakı Konqresi və OANA-nın XVI Baş Assambleyası ilə bağlı fotoşəkillər yerləşdiriblər.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30

