/ / “Vestnik Kafkaza” portalı Elmira Axundovanın Azərbaycan Prezidentindən bəhs edən kitabı haqqında məqalə yayıb
“Vestnik Kafkaza” portalı Elmira Axundovanın Azərbaycan Prezidentindən bəhs edən kitabı haqqında məqalə yayıb
24.11.2016 [10:06]
“Vestnik Kafkaza” portalı Azərbaycanın tanınmış jurnalisti və publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın Rusiyada nəşr olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı barədə məqalə yayıb. AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə çatdırır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında çap olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 55 illik həyat yoluna və ölkənin dördüncü dövlət başçısının 13 illik rəhbərliyinin nəticələrinə həsr olunmuş kitab Elmira Axundovanın altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsərinin məntiqi davamıdır. İki il əvvəl yazıçı bu əsərinə görə ədəbiyyat üzrə Dövlət Mükafatına layiq görülüb. Yeni kitabda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin prezident vəzifəsində varisinin hakimiyyətə gəlişi və nailiyyətləri əksini tapıb. Eyni zamanda, müəllif atasının İlham Əliyevə təsirindən bəhs edir, dövlət başçısı kimi qətiyyətini və iradi keyfiyyətlərini vurğulayaraq varisliyə xüsusi diqqət yönəldir.
İlham Əliyevin hələ 1990-cı illərdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində “Əsrin müqaviləsi”nin imzalanmasına, Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycan idmanının yüksəlişinə, Milli Məclisdə fəaliyyəti dövründə Bakının inkişafına əhəmiyyətli töhfəsi sayəsində xalqın etibarını qazandığı vurğulanır. Onun uğurları barədə ətraflı məlumat verən yazıçı qeyd edir ki, İlham Əliyev fenomeni təsadüfən yaranmayıb, Heydər Əliyevin varis seçimi sülalə mülahizələrinə deyil, Azərbaycanın əvvəlki onilliklərdə qazanılmış siyasi və iqtisadi irsinin qorunub saxlanılması və artırılması mülahizələrinə əsaslanıb. İlham Əliyev atasının ən sadiq və etibarlı mübarizə yoldaşı idi.
Kitabın birinci hissəsində İlham Əliyevin siyasətçi və rəhbər kimi inkişafı, həyatında baş verən hadisələr xronoloji ardıcıllıqla göstərilirsə, ikinci hissə prezidentlik illərinə, 2016-cı ilə qədərki dövrədək müxtəlif sahələrdə fəaliyyətinin yekunlarına həsr olunub. Həmçinin İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində gördüyü işlər, çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti, çoxsaylı böyük mədəniyyət və idman tədbirlərinin təşəbbüsçüsü olması ilə yanaşı, daxili siyasəti barədə də xeyli məlumat verilir. Müəllif qeyd edir ki, əgər Heydər Əliyev Azərbaycanın xilaskarıdırsa, İlham Əliyev ölkənin indiki dövrünün və gələcəyinin qurucusudur.
Analitik tərcümeyi-hal 2016-cı il sentyabrın 26-da keçirilən referenduma qədərki dövrü əhatə edir. Kitab siyasətçi və milli lider kimi İlham Əliyevin şəxsiyyəti və fəaliyyətinin əhəmiyyəti barədə bu gün də aktuallığını itirməmiş məqalələrdən çıxarışlarla tamamlanır. Materialların son dərəcə müasirliyi və geniş əhatə dairəsi “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını Azərbaycanın dördüncü Prezidenti haqqında etibarlı mənbələrdən daha çox məlumat əldə etmək istəyən hər kəs üçün çox faydalı edir. Ümid etmək olar ki, bizi gələcəkdə İlham Əliyev haqqında Elmira Axundovanın müəllifi olduğu bütöv kitablar seriyası gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

