/ / Bosniya və Herseqovina Azərbaycan ilə bütün sahələrdə davamlı işbirliyinin qurulmasında maraqlıdır
Bosniya və Herseqovina Azərbaycan ilə bütün sahələrdə davamlı işbirliyinin qurulmasında maraqlıdır
02.12.2016 [09:35]
Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qeyd olunub ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, Bosniya və Herseqovinanın iqtisadi dirçəlişinə də yardım edir.
Baş nazir Artur Rasizadə qonağın bu səfərinin də ölkələrimiz arasında əlaqələrə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib. O, müzakirələr zamanı energetika, sərmayə qoyuluşu, infrastruktur, ticarət, turizm və iqtisadiyyatın digər sahələrində dövlət və özəl sektor təmsilçilərinin müştərək fəaliyyətinin səmərəliliyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsinin zəruriliyi barədə danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha qeyd ediblər.
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Bakıda keçirdiyi görüşlər barədə ətraflı məlumat verib, Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda davamlı işbirliyinin qurulmasında maraqlı olduqlarını söyləyib. Qonaq Bosniya və Herseqovinada azərbaycanlı iş adamlarının iştirakı ilə birgə həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

