Bakının Xətai rayonu Tokio prefekturasının Setaqaya şəhəri ilə qardaşlaşacaq
06.12.2016 [09:51]
Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 5-dək Tokioda işgüzar səfərdə olub.
Səfərin əsas məqsədi iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio prefekturasının Setaqaya şəhəri arasında əlaqələrin qurulması olub.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov daxil idi.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Yaponiya hökumətinin, Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr aparıblar. Eyni zamanda, nümayəndə heyətinin üzvləri Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə də tanış olublar.
Görüşlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Razim Məmmədov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat verib. Vurğulayıb ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.
Xətai rayonunun sosial-iqtisadi göstəriciləri barədə məlumat verən icra hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin “Bir vaxt gələcək, “Qara şəhər” “Ağ şəhər”ə çevriləcəkdir” sözlərini xatırladaraq, bunun artıq həqiqətə çevrildiyini vurğulayıb.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni cəlladlarının Xocalı şəhərində törətdiyi soyqırımı barədə məlumat verilib, bu faciəyə həsr edilən abidənin məhz Xətai rayonu ərazisində yerləşdiyi qeyd olunub.
Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirən R.Məmmədov Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərinə malik olduğunu deyib. O, Tarsus şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan körpü və parkın inşa edildiyini, həmin parkda Ulu öndərin heykəlinin ucaldıldığını qeyd edib. Gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Görüşlər zamanı Xətai rayonunda 2015-ci ildə “Kosugi Zohen Co.LTD” şirkəti tərəfindən salınmış “Yapon bağı”nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyi xüsusi qeyd edilib.
2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 iliyinin qeyd ediləcəyi vurğulanan görüşlərdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov ölkələrimizin dostluq münasibətlərinin xalqlarımız arasında da yayılmasının əhəmiyyətini qeyd edib, regionlararası əməkdaşlığın münasibətlərdə yeni imkanlar yaradacağına əminliyini bildirib. O, YAP ilə LDP arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkib.
Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərə alınaraq qarşı tərəfin nümayəndələri, xüsusilə Setaqaya şəhərinin meri Nobuto Hosaka Azərbaycana səfərə dəvət olunub.
Yaponiya xarici işlər nazirinin müavini M.Takizava ilə görüşdə o, cari ilin avqustunda Azərbaycana səfərdən böyük təəssüratlarla qayıtdığını qeyd edərək, ölkəmizdə ona göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirib. Xüsusilə Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini vurğulayan nazir müavini ölkəmizin inkişafının onda böyük heyrət doğurduğunu deyib. Daha sonra o vurğulayıb ki, Xətai rayonundakı Heydər Əliyev Parkında “Yapon bağı”nın salınmasının Azərbaycan dövlətinin başçısı tərəfindən qeyd edilməsi onda məmnunluq doğurub. Qeyd edib ki, Xətai rayonu nümayəndə heyətinin səfəri iki ölkə arasında regionlararası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir və Yaponiya XİN həmin əlaqələrin inkişafı üçün lazım olan bütün dəstəyi göstərəcək.
LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü K.Tanaka da 2015-ci ilin mayında ölkəmizə uğurlu səfərindən məmnunluğunu bildirib, hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd edib.
Setaqaya şəhərinin meri N.Hosaka Azərbaycanın ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, son illərdəki uğurlu inkişafından xəbərdar olduğunu bildirib. Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılmasının əhəmiyyətini vurğulayıb. Setaqaya şəhərinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edən N.Hosaka Xətai rayonundakı “Ağ şəhər” layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını bildirib.
Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü xanım Akiko Santo Xətai rayonunda salınmış “Yapon bağı”nın qarşılıqlı dostluq münasibətlərinin inkişafına müsbət təsirini qeyd edib, Azərbaycanda yapon mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. İki dost ölkənin regionları arasında yeni münasibətlərin qurulması təşəbbüsünü alqışlayaraq bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri H.Mizukoşi, Nazirlər Kabinetinin müşaviri N.Okamoto və Yaponiya hökumətinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toşihiko Aiki Yaponiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə, Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd ediblər.
“Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri S.Kosuqi bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın daha da güclənməsi, uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycanın Yaponiyadakı səfirliyində keçirilən görüş zamanı səfir Gürsel İsmayılzadə Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirib. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığı, respublikamıza səfərə gələn turistlərin sayının çoxaldığı qeyd edilib, səfirliyin fəaliyyəti barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Razim Məmmədov Yaponiyadakı səfirliyimizin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu qeyd edib, səfərin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, nümayəndə heyətinin Yaponiyaya səfəri səmərəli olub, regionlararası əməkdaşlığı gücləndirmək vəzifəsi uğurla icra edilib.
Nümayəndə heyətinin üzvləri səfirliyin əməkdaşlarına bu gündoğar ölkədəki gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

