Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mariya Zaxarova: Hamburqda 3+2 formatında görüşün mümkünlüyü müzakirə edilir

Mariya Zaxarova: Hamburqda 3+2 formatında görüşün mümkünlüyü müzakirə edilir

08.12.2016 [10:08]

Hamburqda Dağlıq Qarabağ məsələsinə dair 3+2 formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ona verilmiş “Dekabrın 8-də Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (ATƏT XİNŞ) çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü keçiriləcəkmi?” sualının cavabında deyib: “Əgər bu barədə razılaşma əldə edilsə, sizə məlumat verəcəyik”.
M.Zaxarova ATƏT XİNŞ çərçivəsində Rusiya və Azərbaycan XİN rəhbərlərinin ikitərəfli görüşünün mümkünlüyünü də istisna etməyib.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31