/ / “Yeni dünya nizamı və milli ideya”: Akademik Ramiz Mehdiyevin zamanla sınanmış fəlsəfi baxışları
“Yeni dünya nizamı və milli ideya”: Akademik Ramiz Mehdiyevin zamanla sınanmış fəlsəfi baxışları
27.12.2016 [10:12]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.
Əgər əsərlərin altında tarix göstərilməsəydi, elə güman etmək olardı ki, müəllif onları yenicə qələmə alıb. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, akademik sanki illərin arxasından Azərbaycanın gələcək günlərini, keçəcəyi yolu görürdü. Diqqətli oxucu dərhal görə bilər ki, müasir dünya nizamı Azərbaycanın buradakı yeri və proqnozlaşdırılan gələcəyi, XXI əsrdəki yeni lideri və milli ideya barədə söylədiyi fikirlər, çıxardığı nəticələr zamanın axarında öz təsdiqini bütünlüklə tapıb. Akademik təkzibolunmaz dəlil- sübutlara əsaslanaraq, onları fəlsəfi fikir süzgəcindən keçirərək hələ 14 il əvvəl belə bir məntiqi nəticəyə gəlmişdi: “Faktlardan qaçmaq olmaz. Onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və tarixinin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir”.
Liderlə bağlı məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bir qədər təfərrüata varmağa, sadə olsa da, bəzi müqayisələr aparmağa ehtiyac duyulur. Kitabdan sitat: “İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir”.
Günümüzün reallığı: Prezident İlham Əliyev öz müdrik və ardıcıl siyasəti ilə Azərbaycanı bu gün dünyada say-seçmə, söz və nüfuz sahibi olan ölkələr sırasına çıxara bilib. Hazırda çox sürətli inkişaf tempinə malik Azərbaycan sayı məhdud olan kosmik ailənin üzvüdür. Azərbaycan aydan-aya, ildən-ilə modernləşir və dünyaya “ASAN xidmət” kimi brendi ilə çıxır, sivilizasiyalararası dialoq mərkəzi, multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır.
Aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.
Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasətin, bu siyasət kontekstində Heydər Əliyev fenomeni haqqında düşüncələrin də yer aldığı kitabda cəmiyyət və dövlət həyatının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs olunur, hadisələr konkret zaman və tarixi şərait fonunda təhlil edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq müasir dövrümüzədək Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, habelə ictimai-siyasi, iqtisadi proseslər fikir süzgəcindən keçirilir. Yeni dünya nizamında milli ideyanın necə yarandığı və formalaşdığı, həyata necə vəsiqə aldığı barədə suallara cavab axtarılır. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.
Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir. Vaxtilə İlham Əliyevi yeni dövrün siyasətçisi kimi səciyyələndirən akademik Ramiz Mehdiyev hakimiyyətin varisliyinin Azərbaycan nümunəsi barədə maraqlı mülahizələrini bölüşür.
Nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, xarizmatiklik, müdriklik və digər nadir keyfiyyətlərə, Ulu öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, milli dövlət quruculuğundakı roluna və digər misilsiz xidmətlərinə toxunulur. Müəllif Ulu öndər Heydər Əliyevin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26

