Milli Məclisdə Rusiyanın insan hüquqları üzrə müvəkkili ilə görüş keçirilib
30.12.2016 [09:41]
Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan-Rusiya münasibətləri həmişə özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqlənib. Azərbaycan və Rusiya strateji tərəfdaşlar kimi əlaqələrin daha da dərinləşməsində maraqlıdır. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb. Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Rusiya arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır. Bu günədək ölkələrimiz arasında 200-dən çox sənəd imzalanıb. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox müəssisə səmərəli fəaliyyət göstərir. Azərbaycanlı iş adamları da Rusiya iqtisadiyyatına öz layiqli töhfələrini verməkdədirlər.
Oqtay Əsədov deyib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərimiz əhəmiyyətli rol oynayır. Təqdirəlayiq haldır ki, Milli Məclislə Federal Şura arasında ikitərəfli daimi parlamentlərarası komissiya fəaliyyət göstərir. Parlament rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadilələri ümumi məqsədlərə xidmət edir.
Qeyd edilib ki, bu gün Azərbaycanda 300-dən çox məktəbdə rus dilində dərslər tədris olunur. Bakıda Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı səmərəli fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar dərc olunur.
Sədr deyib: “Biz Azərbaycanın və Rusiyanın insan hüquqları üzrə müvəkkilləri arasında əməkdaşlıq haqqında Bakıda imzalanmış müqaviləni yüksək dəyərləndiririk. Heç də təsadüfi deyil ki, başa çatmaqda olan il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı bu sahəyə böyük diqqət ayıran dövlət kimi tanıyır. Kataklizmlərlə müşahidə olunan müasir dünyamızda, Avropada miqrant böhranı fonunda bu məsələ xüsusi önəm daşıyır. Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasına həmişə böyük diqqət yetirib və multikultural dəyərlərin təkcə Azərbaycan cəmiyyətində deyil, regionda da bərqərar olunmasını əhəmiyyətli hesab edir”.
Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib.
Qonaq Bakıda Azərbaycan Ombudsman təsisatının yaradılmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransda müzakirə olunan məsələlərin önəmini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın multikulturalizmin inkişafında əldə etdiyi nailiyyətlər həqiqətən heyrətamizdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44

