Komitə sədri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
17.01.2017 [09:52]
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Görüşdə ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub.
Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib. Komitə sədri Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin 743-cü ildə məhz ölkəmizdə inşa edildiyini diqqətə çatdırıb. Bildirib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinin də Azərbaycanda inşa edilməsi dinə dövlət qayğısının bariz nümunəsidir. Ölkəmizdə məscidlərlə yanaşı, kilsə və sinaqoqların da inşa edildiyini vurğulayan Mübariz Qurbanlı Azərbaycanda bütün dini konfessiya nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq şəraitində yaşadığını bildirib. Komitə sədri Azərbaycanda dini konfessiyaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini və müsəlman dini icmalarla yanaşı, qeyri-İslam dini icmalarına da dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı göstərildiyini deyib.
İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Qətər üzvü olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər. Eyni zamanda, Komitə sədri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsinin dünyada İslam həmrəyliyinin gücləndirilməsinə nail olacağına əminliyini vurğulayıb. Qeyd edib ki, “İslam Həmrəyliyi ili” münasibətilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qətər Dövlətinin səfiri Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.
Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsinin İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi ili” və IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50

