/ / “Fərman daha etibarlı sosial təminat yaratmaqla müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək”
“Fərman daha etibarlı sosial təminat yaratmaqla müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək”
25.01.2017 [08:46]
Məlum olduğu kimi, Prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Teleqraf.com xəbər verir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan Fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Fərmanla Nazirlər Kabinetinə vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, habelə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək həvalə olunub.
Bəs, bu Fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin həyatında hansı dəyişikliklərə səbəb olacaq? Fərman bu kateqoriyadan olan soydaşlarımızın sosial güzəranına necə təsir edəcək?
Bununla bağlı Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı məcburi köçkünlərin çoxdan gözlədiyi bir Fərman idi.
Deputat qeyd edib ki, ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir: “Məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə, vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi. Ona görə də belə mümkün halların olmaması üçün cənab Prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir Fərmanla həll edildi. Cənab Prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu”.
H.Babaoğlu deyib ki, indiki qayda ilə ödəniş bir sıra məsələləri birdəfəlik həll edib: “Əgər əvvəllər kommunal xərclərin ödənilməsi ilə bağlı müavinət almaq üçün müvafiq qurumlardan arayış tələb olunurdusa, artıq buna ehtiyac qalmayacaq. Digər bir məsələ isə budur ki, yay aylarında bəzi hallarda ayrı-ayrı kommunal xərclər üzrə limit dolmurdu və bu vəsait istifadəsiz qalırdı. Yeni Fərmandan sonra isə məcburi köçkünlər aldıqları müavinətin miqdarını əvvəlcədən bildikləri üçün xərclərini də buna uyğun formalaşdıra biləcəklər. Bu isə ailə büdcəsində həm də israfçılığın qarşısını alacaq. Göründüyü kimi, imzalanan Fərman daha etibarlı sosial təminat yaratmaqla həm də müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

