Azərbaycan dövləti məcburi köçkünlərə diqqət və qayğını davam etdirir
25.01.2017 [08:49]
Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərman bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Musa Quliyev deyib: “Fərmana görə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan bəzi güzəştlər pul konsepsiyası ilə əvəz olunacaq və sosial müavinət şəklində onlara veriləcək. Konkret olaraq enerji daşıyıcılarının xərcləri ilə və un məmulatları ilə bağlı xərcləri 36 manatlıq aylıq sosial müavinətlə əvəz olunacaq. Bu da həmin insanların dövlətin onlara olan qayğısından daha konkret ünvanlı şəkildə istifadə etməsinə səbəb olacaq. Əvvəllər də uzun illər onlar bu güzəştlərə, imtiyazlara malik olublar, sadəcə həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib, müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.
2001-ci ildə o vaxtadək Azərbaycanda mövcud olan bəzi güzəştlər və imtiyazlar ünvanlı yardımla əvəz edilib. Buraya Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, müharibə veteranları daxil idi. Onlara verilən güzəştlər və imtiyazlar pul konsepsiyası ilə əvəz olundu. Həmin proses indi məcburi köçkünlər üçün də tətbiq edilir. O zaman bunu məcburi köçkünlərə şamil etmək mümkün deyildi. Çünki onların çoxu çadır şəhərciklərində, vaqonlarda, fin şəhərciyində və yaxud da qazma zirzəmilərdə yaşayırdılar. Belə bir şəraitdə bunu tətbiq etmək mümkün deyildi. Dövlətimiz gücləndikcə, inkişaf etdikcə Prezidentin qayğısı nəticəsində minlərlə qaçqın və məcburi köçkün ailəsinə evlər tikildi, şəhərciklər salındı, mənzillər verildi və onların demək olar ki, hamısı çadır şəhərciklərindən, vaqon evlərdən və şəraitsiz yerlərdən hər cür şəraiti olan evlərə köçürüldülər. Məcburi köçkünlərin yaşadıqları ünvanlarda pulsuz sayğaclar quraşdırılacaq. Vətəndaş işlətdiyi enerjinin haqqını dövlətin ayırdığı müavinət hesabına ödəyəcək. Bu, bir tərəfdən səmərəli və qənaətli istifadəyə gətirib çıxaracaq, digər tərəfdən də vətəndaşa seçim imkanı verir ki, vəsaitini hansı istiqamətdə, necə xərcləsin.
Bu mənada bu Fərman hesab edirəm ki, bütün məcburi köçkünlərin ürəyincədir və bundan sonra da dövlətin onlara qayğısı davam edəcək. Prezidentin söylədiyi kimi, bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir. Azərbaycan dövləti də yaxın vaxtlarda bu işi həyata keçirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

