/ / Eldar İbrahimov: Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik
Eldar İbrahimov: Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik
11.02.2017 [10:46]
“2016-cı ilin aprel hadisələri Azərbaycan tarixində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir. Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var. Uzun illər ölkəmizi ATƏT Parlament Assambleyasında təmsil edən millət vəkili olaraq bilirəm ki, o vaxtdan bu yana Azərbaycanın işğal olunmuş ərazilərində süni şəkildə məskunlaşdırılan, xaricdən gətirilən ermənilər ciddi narahatlıq içindədirlər və imkanı olanlar, öz pasportunu əldə edə bilənlər Azərbaycanın işğal olunmuş ərazilərini tərk edirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək əzmi güclənib və insanlarda ruh yüksəkliyi artıb: “Hesab edirəm ki, biz mütləq Heydər Əliyev siyasəti, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Artıq 2016-cı il aprel hadisələrindən sonra bir çox məsələlər Azərbaycanın xeyrinə işləyir. Daha doğrusu, Azərbaycan bu məsələdə işğala məruz qalan bir tərəfdir, sadəcə beynəlxalq hüquq düzgün işlədikdə bizdə sevinc hissi doğur. Beynəlxalq hüquq yerinə yetirilmədikdə terror hadisələri, bir ölkənin başqa bir ölkənin ərazilərini işğal etməsi məsələsi, yəni insan qanının axması çoxalacaq. Ona görə də Belarus dövləti beynəlxalq hüquq normalarına söykənərək, Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edən və işğal faktına dəstək yönümlü çağırışlar edən Aleksandr Lapşini Azərbaycana təhvil verdi. İndi bütün dünya biləcək ki, hansısa əcnəbinin bir daha Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq səfər etməsi həmin adama xeyir gətirməyəcək. Mən əminəm ki, ayrı-ayrı ölkələrdə insanların erməni lobbisi tərəfindən aldadılaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə turist adı ilə göndərilməsi hallarına son qoyulacaq. Belə səfərə gedən hər kəs onu da Lapşinin taleyinin gözləyəcəyini biləcək”.
Eldar İbrahimov qeyd edib ki, Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir: “İndi elə bir dönəmdə yaşayırıq ki, dünyanın qabaqcıl ölkələri də balanslı siyasət həyata keçirə bilmirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq müstəvidə böyük uğurlar qazanır. Azərbaycan dünyanın belə bir mürəkkəb dönəmində nəinki regionun, hətta dünyanın ən stabil ölkələrindəndir. Hesab edirəm ki, dövlətimizin başçısı İlham Əliyevin bacarığı, savadı, dünyagörüşü, iradəsi, əzmi sayəsində Azərbaycan öz hədəflərinə çatacaq. Bu hədəflərin başında ərazi bütövlüyümüz, ərazilərimizin işğaldan azad edilməsi məsələsi durur. Ötən ay Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması haqqında Sərəncam imzaladı. Bu Sərəncamın çox böyük mənəvi üstünlüyü var. Bu o deməkdir, dövlətimiz digər ərazilərimizi də işğaldan azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu hadisə həm işğalçı Ermənistana, həm də bütün dünyaya bir mesaj oldu. Bu gün ölkəmizdə elə bir ruh yüksəkliyi var ki, hər kəs, xüsusilə gənclər Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdırlar. Biz belə bir gəncliyimizlə fəxr edirik. Şəhid Çingiz Qurbanovun nəşinin erməni tərəfindən geri alınması Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsdir. Dövlət başçısının Çingiz Qurbanova Milli Qəhrəman fəxri adını verməsi isə bir daha torpaqlarımızın azadlığı uğrunda fədakarlıq edən insanlarımıza yüksək diqqət və ehtiramın nümunəsidir. Prezidentimiz Çingizin ailə üzvləri ilə görüşündə də onun qəhrəmanlığını xüsusi vurğulayıb. Bütün bunlar hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

