Azərbaycanın və Gürcüstanın qanunvericilik orqanları arasında əlaqələr inkişaf edir
14.02.2017 [09:43]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr Azərbaycanın Gürcüstanla strateji tərəfdaş olduğunu, yaxın qonşuluq və dostluq münasibətləri zəminində əlaqələrimizin inkişaf etdiyini söyləyib. Bildirilib ki, əlaqələrimizin daha da möhkəmlənməsində dövlət başçılarımızın görüşlərinin və aparılan danışıqların əhəmiyyətli rolu olub. Dövlətlərarası münasibətlərimiz möhkəm dayaqlara söykənən siyasi ənənə halını alıb. Bu günədək ölkələrimiz arasında 107 sənəd imzalanıb, 15-i üzərində iş davam etdirilir.
Hər iki ölkənin birgə həyata keçirdiyi layihələr dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Gələcəkdə TAP və TANAP kimi qaz layihələrinin reallaşması, nəqliyyat infrastrukturu ilə bağlı planların baş tutması ölkələrimizin nəinki regionda, Avropada və bütün dünyada nüfuzunun güclənməsinə səbəb olacaq.
Sədr parlamentlərimiz arasındakı münasibətləri də yüksək dəyərləndirərək deputatlarımızın beynəlxalq qurumlardakı fəaliyyətinin ümumi məqsədlər naminə önəmli olduğunu vurğulayıb.
Nazir Mixeil Canelidze ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, bir dost kimi Azərbaycanın uğurlarına sevindiyini, gündən-günə gözəlləşən Bakını seyr etməkdən zövq aldığını deyib. Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlər digər dövlətlər üçün nümunə ola bilər.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, bölgədəki qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

