Supergüclərin görüş yeri Bakıdır!
17.02.2017 [10:07]
Dünyanın hərbi-siyasi mənzərəsi Azərbaycanda müzakirə edilir
Planetin super dövlətlərinin silahlı qüvvələrinin qərargah rəislərinin paytaxtımızda danışıqlar masasına oturmaları, ilk başdan belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, bu görüş növbəti dəfə Azərbaycanın qlobal proseslərdəki yeri və rolunun əhəmiyyətini təsdisləyir.
Ümumiyyətlə, Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün keçirilməsi dünya mediasında iki ölkə rəsmilərinin görüşü kimi işıqlandırılsa da, əslində, bu hadisə mahiyyəti daha dərinə gedib çıxan reallıqlar fonunda beyinlərdə tamam fərqli mənzərənin formalaşmasına əsas yaradır. Çünki ABŞ və Rusiya kimi dövlətlərin silahlı qüvvələrinin ali nümayəndələrinin Azərbaycanda görüş keçirmələri, dünyada təhlükəsizliyin qorunması, planetin siyasi-hərbi məsələlərini müzakirə etmələri və bu proseslərdə Azərbaycanın rolunu xüsusi qeyd etmələri səbəbsiz deyildir. Məhz, bu faktorları nəzərə alaraq, məsələyə daha geniş kontekstdən yanaşmaq lazımdır.
Liderlik və siyasi xarizma faktorları: Super dövlətlər niyə məhz Azərbaycanı seçirlər?
Sirr deyil ki, Azərbaycan beynəlxalq arenada enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. O cümlədən, Azərbaycan Silahlı Qüvvələri NATO ilə sülhyaratma çərçivəsində əməkdaşlıq edir, öz töhfələrini verir. Ölkəmiz BMT kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi rəhbərlik edib və bu fonda dünyanın qaynar nöqtələrində sülhün təmin olunması istiqamətində çox önəmli qərarların verilməsi baxımından yer alıb. Ən əsası, bütün bunların yer almasında Prezident İlham Əliyevin liderlik xarizması, siyasi iradəsi, dünya siyasətçiləri içində yüksək mövqeyə sahib olması kimi köklü faktorlar dayanır. Əlbəttə ki, belə olan halda, Azərbaycan, paytaxt Bakı dünyanın qlobal siyasi proseslərində bir mərkəzə çevrilir, burada qərarlar qəbul edilir, nəticələrə gəlinir. Bu və bu kimi digər faktorlar barədə məqalənin gedişində daha geniş amillərə toxunulacaq.
Digər tərəfdən, o da bəlli oldu ki, ABŞ və Rusiyanın silahlı qüvvələrinin qərargah rəislərinin görüşündə Suriya müharibəsindən tutmuş NATO-nun Şərqə doğru genişləndirilməsinədək məsələlər müzakirə olunub. Burada hər iki ölkənin dünyanın siyasi-hərbi nizamının tənzimlənməsində rolu və maraqları masa üzərinə qoyulub. Əlbəttə ki, bu cür yüksək səviyyəli görüşün keçirilməsi son dərəcədə təhlükəsizliyi təmin edən bir məkanda baş tutmalı idi. Elə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüşünün təşkili üçün dünyada kifayət qədər məkanların olduğu təqdirdə, onun Bakıda təşkil edilməsi ortaya haqlı bir sual çıxarır: Niyə məhz Azərbaycan? Yuxarıda qeyd edilən təhlillərlə yanaşı, deyə bilərik ki, belə mühüm görüşün paytaxtımızda təşkili, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Burada ən optimal siyasi baxış və nəticə belədir: Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirib. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələrinin olması hər iki liderin Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsinə, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirməsinə əsas yaradıb. Bu mənada, təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və Onun fəaliyyətini təqdir ediblər. Bir sözlə, bu görüş Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının və etimad göstərildiyinin əyani təzahürüdür.
Qlobal təhlükəsizlik və əməkdaşlıq məkanı: Azərbaycan!
Yüksək səviyyəli görüş üçün Azərbaycanın seçilməsinə səbəb olan çoxsaylı faktorlar arasında Prezident İlham Əliyevin praqmatikliyi və nüfuzu ilə yanaşı, Onun rəhbərliyilə həyata keçirilən balanslı xarici siyasət, daxili ictimai-siyasi sabitlik və regional proseslərdə liderlik amili də yer alır. Çünki əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən qlobal çağırışlara uyğun olaraq, şaxələndirilərək reallaşdırılması nəticəsində, Azərbaycan müstəqilliyinin 20-ci ildönümündə artıq BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirdi.
Ötən illər ərzində Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Heç də təsadüfi deyil ki, artıq bir neçə ildir ki, planetin siyasi-humanitar məsələləri və problemləri Azərbaycanda müzakirə edilir, müxtəlif forumlar, siyasi diskussiyalar keçirilir. Bunların sırasında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Davos İqtisadi Forumunu və başqalarını göstərmək olar. Bütün bunlarla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Xüsusilə də, Azərbaycan hərbçilərinin İraqda, Əfqanıstanda, Kosovoda və başqa yerlərdə sülhün təmin edilməsi üçün fəallıq nümayiş etdirmələri hər zaman böyük məmnuniyyətlə qeyd edilən məqamlardan olub. Digər tərəfdən, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir, həmçinin, regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Elə bu məqamda Azərbaycanın Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında oynadığı fəal rolu bir daha xatırlatmaq yerinə düşər. Azərbaycan, eyni zamanda, regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Azərbaycan qlobal və regional sabitlik mühitinə töhfələr verməklə yanaşı, dünyada etibarlı və səmərəli əməkdaşlıq şəraitinin yaradılması istiqamətində xüsusi addımlar atıb. Xüsusilə də, enerji və nəqliyyat sahəsində transmilli layihələrin həyata keçirilməsi, “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi proyektlərin reallaşdırılması Azərbaycanın Cənubi Qafqazda əsas dövlətə çevrilməsinə səbəb olub. Bu səbəbdəndir ki, hazırda Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Bütün bunlara görədir ki, bu gün Azərbaycan mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir və regionda, eləcə də, daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəldilmiş siyasət həyata keçirir. Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti, həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib. Planetin super dövlətlərinin silahlı qüvvələrinin qərargah rəislərinin paytaxtımızda görüşməsi isə, bir daha ölkəmizin qlobal proseslərdəki yeri və rolunu təsdiqləmiş olub.
Bu ümumi razılaşmanın praktiki şəkildə həyata keçirilməsi isə, artıq dünya nəbzinin Bakıda vurulması faktını isbatlamış olur
Görüşün təfərrüatları barədə isə təhlilimizi apararkən, belə nəticəyə gəlmək mümkündür ki, həmin görüşdə Suriya, Ukrayna, İran və İraq kimi ölkələrdə cərəyan edən hadisələrin prioritetlik təşkil etdiyini güman etmək olar. Hər halda Rusiya və ABŞ tərəfləri gələcək siyasətlə bağlı bir-birinin qarşılarına suallar qoyublar. Bu baxımdan, dünyanın iki supergüc generallarının Bakı görüşü fonunda, onu da qeyd edə bilərik ki, ABŞ-ın Barak Obama administrasiyasından sonra gələn Tramp administrasiyası Rusiya ilə yaxınlaşma, proseslərə birgə nəzər salmaq siyasətini əsas götürüb. Çünki D.Tramp hələ seçki rəqabəti zamanı prezident seçiləcəyi halda, Rusiya ilə yaxınlaşma siyasətini yürüdəcəyini bəyan edirdi. Göründüyü kimi, o öz vədinə xilaf çıxmayıb və Cozef Danford və Valeriy Gerasimovun görüşünün Bakıda keçirilməsinə şəxsən razılıq verib. Eyni zamanda, Putin administrasiyası da Bakı görüşünü dəstəkləyərək, onun məhz Azərbaycanın paytaxtında keçirilməsini məqbul hesab edib. Bu ümumi razılaşmanın praktiki şəkildə həyata keçirilməsi isə, artıq dünya nəbzinin Bakıda vurulması faktını isbatlamış olur.
Bəhruz Quliyev
SƏS Media Qrupun rəhbəri
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

