Azərbaycan-Fransa əlaqələrində yeni mərhələ
17.03.2017 [10:09]
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı gələcək əməkdaşlığın yeni konturları müəyyənləşdirilib
“Hər zaman təşəbbüsləri reallığa çevirən, regional və beynəlxalq miqyasda əməkdaşlığın yeni formatlarını yaradan Azərbaycan bu gün dünya dövlətlərinin, xüsusilə Avropanın maraq dairəsindədir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi məkan, sahib olduğu təbii resurslar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət özünə olan marağı daha da artırır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya rəsmi səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar bir daha bu reallığı ortaya qoyur”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Prezidentinin Fransaya səfərinin yekunlarını şərh edərkən bildirib.
V.Rəhimzadənin sözlərinə görə, səfər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi, Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyıb və bu sırada ilk dövlətlərdən biri olub. Hazırda Azərbaycan ilə Fransa arasında siyasi və iqtisadi, eləcə də digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Ölkəmizdə 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir və iqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Təkcə bu rəqəm onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlərin parlaq gələcəyi var. Təbii ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın yeni konturları müəyyənləşdirilib”.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu gün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur: “Azərbaycan artıq uzun illərdir ki, xarici investorlar üçün cəlbedici məkan kimi tanınır. Ölkəmizdə iqtisadiyyatın bütün sahələrinə, xüsusilə də neft sektoruna böyük həcmdə investisiyalar yatırılır. Əbəs yerə ölkəmizin qardaş Türkiyə ilə birgə reallaşdırdığı, eləcə də Qərbin böyük dəstək verdiyi dünya səviyyəli “Cənub Qaz Dəhlizi” Avropanın ən böyük infrastruktur layihəsi adlandırılmır. Layihənin əsas komponentləri olan TANAP və TAP kəmərlərinin tikintisi sürətlə davam edir. İlkin mərhələdə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Möhtərəm Prezidentimizin Fransaya səfəri zamanı, həmçinin enerji sahəsində əməkdaşlıq xüsusi müzakirə mövzusu olub. Bu mənada Fransanın “Total” şirkəti və SOCAR arasında uzun illərdir davam edən əməkdaşlığı xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, bu sahədəki əməkdaşlığımızın uğurlu gələcəyi var”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, prezidentlərin görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olub: “Bu gün ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın səylərini yüksək qiymətləndirir. Fransa Prezidenti Fransua Olland çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ məsələsi haqda danışıldı və bildirildi ki, mövcud status-kvo qəbuledilməzdir. Fransa Prezidenti bu qənaətdədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləməyin vaxtı çoxdan çatıb. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev də hər zaman olduğu kimi, qətiyyətli mövqeyini ortaya qoyub, münaqişənin ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bəyan edib. Dövlətimizin başçısı bildirib ki, status-kvo qəbuledilməzdir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Danışıqlar zamanı bu əminlik ifadə edilib ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da genişləndiriləcək. Sadaladığımız bu və digər məqamları nəzərə alaraq deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

