/ / Bişkekdə Hafiz Paşayevin qırğız dilində çap edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub
Bişkekdə Hafiz Paşayevin qırğız dilində çap edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub
19.04.2017 [10:02]
Azərbaycanın ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru professor Hafiz Paşayevin qırğız dilində nəşr edilmiş “Bir səfirin manifesti” kitabının Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təqdimatı olub.
Qırğızıstanın “Turar” nəşriyyatında çap olunan kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib.
Diplomatik Akademiyanın rektoru vəzifəsini icra edən xanım Çinara Adamkulova “Bir səfirin manifesti” kitabının həm gənc diplomatlar, həm də yüksək vəzifəli diplomatik xidmət əməkdaşları üçün dəyərli dərslik olacağını bildirib. O, Hafiz Paşayevin tərcümeyi-halı ilə yaxından tanış olduğunu söyləyib, belə bir diplomatın və ziyalının qələmə aldığı əsərin məziyyətlərindən danışıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Hafiz Paşayevin öz sahəsinin görkəmli mütəxəssisi olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlıları söz sənəti ilə heyrətləndirmək çətindir, ancaq diplomatiya sahəsinə aid əsərlər azlıq təşkil edir. Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı bu sahədə çap olunan ən yaxşı əsərlərdən biridir. “Bir səfirin manifesti” diplomatiya sahəsi üzrə təhsil alan tələbələr üçün “İxtisasa giriş” dərsliyini əvəz edə bilər. Bu kitab, həmçinin politoloqlar, Azərbaycan-ABŞ münasibətlərini öyrənən mütəxəssislər üçün də çox faydalıdır. Nəşr müəllifin memuar mövzusunda yazdığı kitab deyil, burada onun siyasi ekspert kimi mühakimələr yürütməsi, siyasi təkliflər irəli sürməsi daha çox diqqəti cəlb edir.
Səfir deyib: “Kitabı oxuduqca Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı səfiri işləyərkən bu ölkəyə səfərimi xatırladım. Ağ Evdə, Konqresdə, Demokratiya İnstitutunda, qeyri-hökumət təşkilatlarında keçirdiyimiz görüşlər, müzakirələr, Dünya Azərbaycanlıları Konqresinin ikinci qurultayında iştirakımız, Hafiz müəllimin özü ilə söhbətlərimiz, fikir mübadilələrimiz hər situasiyada, hər mürəkkəb məqamda onun peşəkarlığından xəbər verirdi. Onun təmkinliliyi, dəqiqliyi, yüksək mədəniyyət və intellekt sahibi olması yaddaşıma həkk olub”.
Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının sabiq rektoru, səfir, “Bir səfirin manifesti” kitabının qırğız dilində nəşrinin elmi redaktoru professor Nurlan Aytmurzayev qırğız oxucuları bu qiymətli kitabla tanış etdiyinə görə Azərbaycanın Bişkekdəki səfirliyinə təşəkkür edib. O, kitabın poetik dildə yazıldığını və çox rahat oxunduğunu bildirib. N.Aytmurzayev Hafiz Paşayevin diplomatik fəaliyyəti barədə məlumatların çox maraqlı olduğunu, “Bir səfirin manifesti”nin Qırğızıstan Diplomatik Akademiyasının tələbələri üçün lazımlı bir kitab olduğunu diqqətə çatdırıb. O, IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı çərçivəsində ADA Universitetində olduğunu, Hafiz Paşayevin orada yaratdığı şəraiti öz gözləri ilə gördüyünü, bu möhtəşəm təhsil ocağına heyran qaldığını söyləyib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin Avropa və Amerika departamentinin rəisi Kanat Tursunkulov kitabı oxuduqdan sonra çox təsirləndiyini, Hafiz Paşayevin 13 il ərzində ABŞ-dakı fəaliyyətinin film kimi gözünün önündən keçdiyini söyləyib. O, diplomatlara və politoloqlara bu kitabdan maksimum səmərəli şəkildə faydalanmağı məsləhət görüb.
Qırğızıstanın əməkdar həkimi, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri Zakir Qəmərli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi katibi Alayqul Bekboyeva, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin rəhbəri Məlahət Məmmədova, hüquq elmləri namizədi Temirbek Nurmatov “Bir səfirin manifesti” kitabı ilə bağlı təəssüratlarını bölüşüblər.
Ç.Adamkulova hədiyyə edilən kitablara görə səfirliyə təşəkkür edib, ADA Universiteti ilə əməkdaşlığın daha da genişlənməsi üçün işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17

