Azərbaycan dövləti mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsində maraqlıdır
05.05.2017 [10:23]
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin multikulturalizmin inkişafına verdiyi növbəti töhfədir
Tolerantlıq nümunəsi sayılan Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır. Bu gün dünyada mədəniyyətlər və dinlərarası toqquşmaların güclənməsi, ksenofobiya hallarının daha da artması fonunda xalqlar, mədəniyyətlər və sivilizasiyalararası inteqrasiyanın inkişafına xidmət göstərən bir sıra tədbirlərin məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə paytaxtımızda reallaşması bunun bariz sübutudur.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da istər xalqlar, istərsə də fərqli mədəniyyətlər arasındakı inteqrasiyanın daha da gücləndirilməsi üçün növbəti addımdır. Vurğulayaq ki, forumun tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.
Tədbirin olduqca yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini bildirib. Azərbaycan xalqının qədim tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, dünyada tolerantlıq nümunəsi kimi qəbul edilən Azərbaycanda multikultural dəyərlər həyat tərzidir: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Forum bu gün dünyada artmaqda olan ksenofobiya və başqa halların qarşısının alınması üçün mühüm bir vasitədir. Eləcə də IV Bakı Forumu beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Bu müzakirələrin aparılması üçün isə məhz Azərbaycanın seçilməsi təsadüfi deyil. Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kurs Azərbaycanda yaşayan müxtəlif etnik kökə malik xalqların və fərqli inanclı insanların dost, qardaş münasibətdə yaşamasında əsaslı rol oynayır. Vətənimiz dünyada birlik, bərabərlik nümunəsi sayılır. Xüsusi olaraq vurğulanmalıdır ki, mədəniyyətlərarası inteqrasiya məsələsinin bu cür geniş formatda müzakirəsinin təşkili Prezidentimiz cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bu cür geniş formatda aparılan müzakirələrin ünvanı olaraq Azərbaycanın seçilməsini təsadüf saymayıb. Belə tədbirlərin keçirilməsinin ölkəmiz üçün də mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran E.Mirzəbəyli bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə gerçəkləşən Forum qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv işləməsi üçün yeni imkanlar yaradacaq: “Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək, eləcə də bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Yəni bu detallar ümumilikdə Forumun miqyasını və əhəmiyyətini ortaya qoyur. Bununla yanaşı, Forumun Bakıda keçirilməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı təşəbbüslərindən biri kimi dəyərləndirilməlidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Forumun Bakıda keçirilməsi ilə Azərbaycan humanitar fəlakətlərlə üz-üzə qalan dünyanın özünə çox ciddi mesajlar vermiş olur. Bu gün bəşəriyyət mədəniyyətlərin, sivilizasiyaların toqquşması ilə üz-üzə qalıb. Ayrı-ayrı güc mərkəzləri xalqları qarşı-qarşıya qoymağa cəhdlər göstərir və bəzi hallarda buna nail olur. Bununla da onlar öz geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Azərbaycanın verdiyi mesajın əsasında isə mədəniyyətlərarası münasibətləri inkişaf etdirmək, dinlərarası dialoqu gücləndirmək və inteqrasiyanı daha da intensivləşdirmək faktorları durur. Bütün bu məqamlar olduqca əhəmiyyətlidir. Təcavüzə məruz qalmış Azərbaycan qlobal dünyanı sülhə, nizama, inkişafa, müzakirəyə səsləyir, öz sülhpərvər mövqeyini bir daha nümayiş etdirir. Bu həm də ölkəmizin bu günə qədər keçdiyi yoldan, Azərbaycan tarixindən, xalqımızın mental xüsusiyyətlərindən və dəyərlərindən qaynaqlanır. Şübhəsiz ki, bu tədbirin paytaxtımızda keçirilməsinin ölkəmizin nüfuzunun artması baxımından da önəmi böyükdür”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

