Özbəkistanın "Kamolot" İctimai Hərəkatının üzvləri Heydər Əliyev Fondunda olublar
03.07.2009 [10:27]
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədləri, çoxşaxəli fəaliyyəti, Ulu öndərin şəxsi arxivindən götürülən eksponatlar haqqında ətraflı məlumat verilib.
Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilən şəkillərə maraqla baxıblar.
Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilən yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırıb.
ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanıb.
Fondla tanış olan qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qonaqlarla görüşüb, onlarla səmimi söhbət edib.
İcraçı direktor Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verib.
Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun Fransanın Strasburq şəhərindəki Notr-Dam kilsəsinin təmirinə maliyyə dəstəyi göstərdiyi və bu təşəbbüsün yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.
Anar Ələkbərov qonaqlara Heydər Əliyev Fondunun beşillik fəaliyyəti ilə bağlı buklet hədiyyə edib.
Qonaqlar da öz növbəsində Heydər Əliyev Fonduna xatirə hədiyyəsi bağışlayıblar.
Fondun daxili tərtibatına valeh olan “Kamolot” İctimai Hərəkatının üzvləri xatirə şəkilləri çəkdirib, Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20

