/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub
01.07.2017 [10:19]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşüb.
Mərkəzin fəaliyyəti olduqca böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı, ilk növbədə, onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatların istifadəsindən asılıdır. Bu gün 3 min 10 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Onlardan təxminən min nəfəri “Beta Talassemiya-Böyük Forma”, yəni, talassemiyanın ağır formasından müalicə alırlar. 980 nəfərə mütəmadi eritrositar kütlə köçürülür.
Mütəmadi olaraq Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəlib. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edilib.
Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət edib, talassemiyalı uşaqların səhhəti ilə maraqlanıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2015-ci ilin fevralında təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” həyata keçirilir. Heydər Əliyev Fondu da hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin başlandığını elan edib. 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsi üçün burada sümük iliyinin transplantasiyasına başlanılıb. İndiyədək 51 nəfər sümük iliyinin transplantasiyası əməliyyatından keçib. Onu da vurğulayaq ki, irsi qan xəstəliyi olan talassemiyanın qarşısının alınması məqsədilə 2015-ci ildən Azərbaycanda nikaha daxil olan cütlüklərin talassemiya ilə bağlı müayinəsi məcburi qaydada aparılır.
Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.
Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd edib. O, tibb ocağına göstərilən diqqətə görə Mərkəzin kollektivi və müalicə alanların valideynləri adından Leyla Əliyevaya təşəkkürünü bildirib.
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib, donor qanı ilə təminatı tam həll edilib. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzin bölgədəki bölmələrində də qan bankı fəaliyyət göstərir və bununla da müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılıb.
Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də olub, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlanıb. Leyla Əliyevaya şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirib və uşaqların tezliklə sağalacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

